Kreditlə oxumaq istəyən tələbələrin nəzərinə – İKİ TƏKLİF VAR

20.06.2016 - 13:47

telebe“Təhsil Nazirliyinin təşəbbüsü ilə yaradılan Maarifçi Kredit Fondu tərəfindən tələbələrə təhsillərini davam etdirə bilmələri üçün iki növ – standart paketlə və güzəştli şəkildə kreditin verilməsi təklif olunur”.

Trend-in məlumatına görə, bunu fondun icraçı direktoru Rüfət Mahmud deyib.

Onun sözlərinə görə, güzəştli paket üçün kreditin qaytarılma müddəti 120 ay, standart paket üçün 60 aydır.

R.Mahmud bildirib ki, güzəştli kredit ala biləcək tələbələrin meyarları müəyyənləşdirilib. Bunlar ailə başçısını itirmiş ailələrin övladları, sağlamlıq imkanları məhdud olan şəxslərdir: “Güzəştli kreditlərin daha uzunmüddətli və daha aşağı faiz dərəcəsi ilə verilməsi təklif olunur. İllik kreditin miqdarı 4 min manata qədərdir. Ümumilikdə 4 il ərzində hər bir tələbə 20 min manata qədər kredit əldə edə bilər”.

R.Mahmud qeyd edib ki, fondun məqsədi təhsil haqqını ödəməkdə çətinlik çəkən aztəminatlı ailələrdən olan tələbələrə uzunmüddətli güzəştli kreditlər verilməsi ilə onlara ali təhsil almaqda bərabər imkanların yaradılmasıdır. Kredit almaq üçün fonda Azərbaycan vətəndaşı, yaşı 25-dək olan tələbə müraciət edə bilər. Tələbə ali məktəbi bitirdikdən – artıq işlə təmin olunduqdan sonra təhsil haqqını ödəmək imkanı əldə edir.

Xatırladaq ki, fond dövlət ali təhsil müəssisələri – Azərbaycan Dillər Universiteti, Azərbaycan Pedaqoji Universiteti, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, Azərbaycan Texniki Universiteti, Azərbaycan Dövlət İqtisad Universiteti, Azərbaycan Memarlıq və İnşaat Universiteti, Bakı Dövlət Universiteti, Bakı Slavyan Universiteti, Gəncə Dövlət Universiteti və Sumqayıt Dövlət Universiteti tərəfindən təsis edilib.

Fonda Azərbaycan vətəndaşı olan, müvafiq təsisçi universitetlərin birində təhsil alan və təhsilini davam etdirmək üçün maliyyə yardımına ehtiyacı olan tələbələr müraciət edə bilər. Fond 10 ali məktəb tərəfindən təsis edilməklə yanaşı, həmin universitetlərin sərmayəsi ilə maliyyəşəcək.

Kreditlər illik 8 faizlə hesablanacaq. Fond tələbəyə 10 illik kredit verəcək.

Short URL: http://www.cumhuriyyet.net/?p=67531

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31