Azərbaycanda yalnız qadınlar üçün çimərlik AÇILIR – Kişilərə giriş qadağandır

20.06.2016 - 14:04

cimerlikAzərbaycanda yalnız qadınların girişinə icazə verilən çimərlik fəaliyyət göstərəcək.

Moderator.az bildirir ki, Sumqayıt ərazisində fəaliyyət göstərəcək bu çimərlik Dubay təcrübəsi əsasında xidmət göstərəcək:

“Bu ilin avqust ayında fəaliyyət göstərməsi planlaşdırılan məlum çimərliyə kişilərin girişinə yasaq qoyulacaq. Dubay təcrübəsi əsasında Sumqayıtda, dənizkənari obyektlərin birində tətbiq ediləcək bu xidmətin qadınların böyük marağına səbəb olacağı gözlənilir. O qədər də böyük ərazini əhatə etməyən qadın çimərliyində nəzarətçilər və xilasedicilər də daxil bütün personal qadınlardan təşkil ediləcək”.

Məlumat üçün qeyd edək ki, qadınlara açıq çimərliyin yaradılması Azərbaycanda bir ilk olsa da, yaxın gələcəkdə bu cür çimərliklərin sayının artması ehtimal edilir.

Short URL: http://www.cumhuriyyet.net/?p=67533

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31