Küsülü olduğu Aygün və Röya ilə barışdı – VİDEO

21.06.2016 - 00:10

rrMüğənni Elton Hüseynəliyev küsülü olduğu xalq artisti Aygün Kazımova və əməkdar artist Röya Ayxanla barışıb. Cumhuriyyet.az axşam.az-a istinadən bildirir ki, sənətçi “ATV maqazin onlarla” verilişində barışıq addımını özünün atdığını deyib.
E.Hüseynəliyev Aygün Kazımovaya qarşı yanlışlıq etdiyini etiraf edib: “Onlar ölkənin iki ən böyük ulduzlarıdır. Çoxu deyə bilər ki, əvvəl başqa danışırdı, indi başqa. Bir az zaman keçəndən sonra insan fikirləşir, səhvini başa düşür. Söz-söhbət başlayanda, barışıq üçün ilk kişi addım atmalıdır. Oturub gözləməyəcəm ki, xanım mənə zəng vursun. Aygün xanımla münasibət yaxşı deyildi, zəng vurdum, könlünü aldım. O da barışıq istəyimi geri çevirmədi. Düşündüm ki, küsülü qalmayaq. Gözəl anlarımız, dostluğumuz olub. Divamızdır, xətrini çox istəyirəm”.
E.Hüseynəliyev R.Ayxanı “əməkdar artist” adı alması münasibətiylə təbrik etdiyini bildirib: “Bir toyda idik, onu təqdim etdim. “Əməkdar artist” adı alandan sonra istəyirdim təbrik edim, fürsət tapmırdım. Toy məclisində bir araya gəldik, onu təqdim etdim: “İndi isə hamının sevimlisi, mahnıları dillər əzbəri olan, respublikanın əməkdar artisti gəlir”. Çıxdı səhnəyə, “Eltona təşəkkür edirəm” dedi və barışdıq. Allah şeytana lənət etsin”.

Short URL: http://www.cumhuriyyet.net/?p=67631

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31