Nazik siqaretlərin satışı qadağan oluna bilər
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) nazik (“slims” – red.) siqaretlərin satışı məhdudlaşdırmağı, hətta qadağan etməyi təklif etmək niyyətindədir.
APA xəbər verir ki, bu barədə “Kommersant” qəzeti işçi qruplarından birinin hesabatına istinadən yazır.
Qəzetin iddiasına görə, təklif təşkilatın tütünə qarşı çərçivə konvensiyasına həsr olunan konfransda səslənə bilər: “İlkin mərhələdə təklif tövsiyə xarakterli olacaq. Lakin istehsalçılar tövsiyənin sonrakı mərhələdə konvensiyanın iştirakçısı olan ölkələr üçün məcburi olmasından ehtiyatlanır. Məsələn, Rusiya bazarındakı siqaretlərin 40%-i zərbə altında olacaq”.
Short URL: http://www.cumhuriyyet.net/?p=67661