ABŞ kəşfiyyatından müharibə proqnozu: “Azərbaycanın səbri tükənə bilər”

22.06.2016 - 13:13

muharibeSankt-Peterburqda Azərbaycan və Ermənistan prezidentləri Rusiya prezidenti Vladimir Putinin iştirakı ilə görüşdü. Bundan əvvəl ABŞ, Fransa və Rusiyanın iştirakı ilə Vyanada görüşən tərəflər atəşkəsin rejiminin gücləndirilməsi məsələsi ilə bağlı razılığa gəlmişdilər. Bu razılaşmadan sonra təmas xəttində sakitlik bərpa olundu, lakin bu, tərəflərin fikir ayrılığının aradan qalxması demək deyil. Bunun ardından, iyunun 20-də tərəflər Vladimir Putinin vasitəçiliyi ilə görüşdü və münaqişənin həll edilməsi ilə bağlı qarşılıqlı arzular ifadə olundu, həmçinin, danışıqların davam etdirilməsi üzrə razılıq əldə edildi. Lakin bütün bu görüşlər qədim münaqişədə böyük nailiyyət əldə olunacağını öncədən xəbər vermir.
Publika.az xəbər verir ki, bu barədə ABŞ kəşfiyyatının “kölgəsi” hesab olunan “Stratfor” mərkəzinin prezidentlərin Sankt-Peterburq görüşü ilə bağlı şərhində deyilir. Məşhur amerikalı analitik Corc Fridmanın rəhbərlik etdiyi mərkəz qeyd edir ki, liderlərin vədlərinə baxmayaraq, münaqişə zonasında vəziyyətin stabil qalacağına zəmanət yoxdur: “Ermənistan faktiki olaraq bu ərazilərə nəzarət edir və Azərbaycana güzəştə getmək istəmir. Aprel döyüşləri ilə bütün dünyanın diqqəti bu regiona kilidləndi. Azərbaycan bu döyüşlərlə müəyyən əraziləri geri ala bildi, lakin bu müharibənin siyasi dividenti daha çox oldu. Belə ki, münaqişə yenidən alovlandığı üçün beynəlxalq ictimaiyyət məcbur də olsa prosesi gücləndirdi, diplomatik fəaliyyət artdı”.
Məqalədə bildirilir ki, bu münaqişədə Rusiyanın vəziyyəti daha mürəkkəbdir: “Rusiya Ermənistanla strateji tərəfdaşlığa baxmayaraq, Azərbaycanla da yaxın əlaqələrə malikdir. Təsadüfi deyil ki, aprel eskalasiyasında o Ermənistan tərəfindən çıxış etmədi. Əslində Rusiyanın məqsədi aşkardır. Ruslar Dağlıq Qarabağda idarəolunan münaqişə formalaşdırmaq istəyirlər. Bu da Moskvanın qaynayan münaqişə üzərindən regionda arbitr olmaq imkanı verir. Bu strategiyanın digər hədəfi, xarici qüvvələrin regiona təsirini cilovlamaq, yəni Türkiyə və Qərbin Azərbaycan və Ermənistanla yaxınlaşmasına imkan verməməkdir”.
“Stratfor” sülh danışıqlarının davam etməsinə baxmayaraq, regionda müharibə ehtimalının qaldığına diqqət çəkir. “Hələlik, vasitəçilik fəaliyyəti gücləndirilmiş formada işləyir. Atəşkəsin pozulmasının intensivliyinin qarşısı alınıb. Lakin bu nisbi sülhün davam etməsinə zəmanət verilmir. Əgər, Azərbaycan danışıqların mənasız yerə uzandığını hiss etsə, onun səbri tükənə bilər. Bu isə regionda yeni müharibə dalğası deməkdir”, – mərkəz yazıb.

Short URL: http://www.cumhuriyyet.net/?p=67806

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31