Şou əhlindən vergilər nazirliyinə cavab gəldi: “Ayıbdı…”

29.06.2016 - 00:42

Vergiler-300x199Vergilər Nazirliyi gəlirini gizlədib dövlət büdcəsinə ödənişdən yayınan şou-biznes nümayəndələrinin siyahısını hazırlayıb. Gununsesi.info xəbər verir ki, tərtib edilən cədvəldə xalq və əməkdar artistlərdən ibarət 50 nəfər tanınmış müğənninin adı yer alıb.
Əməkdaşımız sözügedən cədvəldə adı qeyd edilənlərdən müğənni Zenfira İbrahimova, Rəqsanə İsmayılova və Səidə Sultanla əlaqə saxlayıb. Müğənni Zenfira İbrahimova Gununsesi.info-ya açıqlamasında bildirib ki, vergilər nazirliyinə hansısa tabeçiliyimiz olsaydı vergi tələb etməyə haqqları çatardı: “Cəmi 26 manatdı burda şişirdilməli heçnə yoxdu. Hər şey qaydasındadır, bütün sənədlərim də var. Cüzi məbləğdi verəcəyəm. Nazirliyin xəbəri var müğənnilər nə yeyib nə içir? Bəlkə ümumiyyətlə, heç qazanmırıq? Əslində biz tabe deyilik, hansısa tabeçiliyimiz olsaydı vergi tələb etməyə haqqları çatardı. Amma indi nazirliyimiz deyir deyə veririk”.
Müğənni Rəqsanə İsmayılova isə bu barədə danışmaq istəməyərək mediaya rəsmi açıqlama verəcəyini bildirdi.
Şou əhli Səidə Sultan isə Vergilər Nazirliyini bu formada gündəmə gəlməkdə ittiham edib: “Mən yazığın nəyim varki? Bir həsirəm bir də məmmədnəsir. Ayıbdı, 2-3 manata görə ölkədən çıxamağa qadağa qoyulub. Gülməlidi. Mənim heç nəyim yoxdu kimki bahalı maşını ilə, villaları ilə özlərini reklam edir gedib onların boğazından yapışsın. Bircə maşınım var o da kreditədi. Bunu bütün el- aləmə yaymağın nə mənası var? Yəqin nazirlik gündəmə gəlmək istəyir. Mən müğənniliklə heçnə qazanmamışam ”.

Short URL: http://www.cumhuriyyet.net/?p=68368

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31