ATV-də qalmaqal: Rəhim Qazıyev efirə çıxdı Vüqar Qaradağlının ürəyi getdi…

29.06.2016 - 12:24

atv1Dünən ATV kanalının efirində əsl kuryoz hadisə baş verib. Gununsesi.info xəbər verir ki, kanal rəhbərliyi “Ana xəbər” buraxılışını izlərkən efirdə keçmiş müdafiə naziri Rəhim Qazıyevin danışdığını görüb şok keçirib. Məlum olub ki, ATV-nin gənc əməkdaşları bulvarda sorğu keçirərkən tanımadıqları (yazıqlar şou əhlindən özgə kimi tanıyırlar ki…?!) Rəhim Qazıyevdən də müsahaibə alıblar. Və bu da efirə verilib. Qazıyevin ATV kanalında görünməsi isə böyük səs-küyə səbəb olub. Dərhal “yuxarıdan” gələn zənglə möhkəm danlanan kanalın rəhbəri Vüqar Qaradağlı gecəykən teleşirkətə gəlməli olub. Redaktor heyətini toplayan Qaradağlı onları danlayıb. O, baş verənləri özünə qarşı qəsdən hazırlanmış təxribat adlandırıb. Bundan sonra gərginlik daha da artıb. Qəfil səhhəti pisləşən Vüqar Qaradağlı axşam saat 12 radələrində Təcili Tibbi Yardım da çağırılıb.
Bu gün isə ATV-də geniş tərkibdə iclas keçiriləcəyi və dünənki “ÇP” ilə bağlı bir sıra əməkdaşların işdən çıxarılacağı gözlənilir. Qalmaqala səbəb olan kadrları təqdim edirik:

Short URL: http://www.cumhuriyyet.net/?p=68431

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31