Facebook-dan əyləncəli yenilik – VİDEO

29.06.2016 - 16:31

facebook2Facebook sınağına hələ ötən ilin noyabrında başladığı «Slideshow» xidmətini istifadəyə verib.

Bu özəlliklə sosial şəbəkə istifadəçiləri öz foto və videolarından slayd hazırlaya biləcəklər.

«Slideshow» ilə özəl günlərdə çəkilən video və fotolardan, yaxud ayrıca albomlardan ibarət kollaj filmi hazırlamaq olar.

Müxtəlif video effektlərdən, çərçivə və animasiyalardan yararlanmaqla yanaşı, filmə musiqiylə də rəng qatmaq mümkündür.

İstifadəçilər foto və videonun kombinasiyasını yarada və hər ikisindən ayrı- ayrılıqda faydalana bilərlər.

«Slideshow» xidməti bu həftənin sonunda iOS istifadəçilərinə əlçatan olacaq. Android platforması üçün istifadə tarixi, hələlik, bilinmir. //azadlıq.org

Short URL: http://www.cumhuriyyet.net/?p=68500

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31