Səhiyyə Nazirliyindən xəbərdarlıq: dərmanlar şəraiti olmayan anbarlarda saxlanılır

30.06.2016 - 15:54

derman2Ölkəyə gətirilən dərmanların topdansatış əczaçılıq fəaliyyətinə verilmiş lisenziyada göstərilməyən ünvanda, dərman vasitələrinin xüsusi saxlanma rejimini təmin etmək üçün lazımi avadanlığı və şəraiti olmayan anbarlara yığılaraq saxlanılması faktları aşkar edilib.

Səhiyyə Nazirliyindən verilən məlumatda deyilir ki, nazirliyin Analitik Ekspertiza Mərkəzində 40-a yaxın topdansatış əczaçılıq şirkət rəhbərinin iştirakı ilə toplantı keçirilib. Tədbirdə bəzi topdansatış əczaçılıq şirkətləri tərəfindən ölkəyə idxal olunan dərman vasitələrinin keyfiyyətinin yoxlanılması üçün aparılan laborator analizlərin cavabları hazır olana qədər onların saxlanma şəraiti haqda danışılıb. Qeyd olunub ki, normativ sənədlərə görə laborator analizlər üçün 5-15 gün vaxt tələb olunur və bu vaxt ərzində dərmanların topdansatış əczaçılıq fəaliyyətinə verilmiş lisenziyada göstərilməyən ünvanda, dərman vasitələrinin xüsusi saxlanma rejimini təmin etmək üçün lazımi avadanlığı və şəraiti olmayan anbarlara yığılaraq saxlanıldığı faktları aşkarlanıb.

Mərkəzin rəhbərliyi lazımi avadanlığı və şəraiti olmayan anbarlarda dərman vasitələrinin saxlanılmasının qətiyyən yolverilməz olduğunu, belə halların dərman vasitələrinin keyfiyyətinə, təhlükəsizliyinə və effektivliyinə bir başa təsir göstərdiyini, həmçinin bu kimi hallar aşkarlandığı təqdirdə topdansatış əczaçılıq şirkətlərinə qarşı qanunvericiliyə uyğun müvafiq tədbirlərin görüləcəyini toplantı iştirakçılarının nəzərinə çatdırıb.

Short URL: http://www.cumhuriyyet.net/?p=68602

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31