Bu gün “Baklılar günü”dür – Foto
Bu gün facebook sosial şəbəkəsində bir neçə səhifə “Bakılılar günü” münasibəti ilə təbriklər paylaşıblar.
Qaynarinfo.az xəbər verir ki, təbrikdə dünyada yaşayan bütün Baklılar təbrik edilib. Onlara sülh, əminamanlıq və xoşbəxt yaşamaları arzu edilib.
Bu paylaşımlar bir çox istifadəçi tərəfindən maraqla qarşılanıb, bəziləri isə belə bir günün olduğunu ilk dəfə eşitdiklərini yazıblar.
Baklıları təbrik edənlərdən biri də aktyor, “Bakılı oğlanlar” komandasının üzvü Bəhram Bağırzadə olub.
Qaynarinfo.az Bəhram Bağırzadə ilə əlaqə saxlayıb “Bakılılar günü”nün hansı səbəbdən və nə zamandan qeyd edilməsinə münasibət öyrənib.
Bəhram Bağırzadə bildirib ki, oda bu günün hansı səbəbdən və nə zamandan keçirilməsindən xəbərsizdir: “Gördüm ki, bir çox adamlar bu məlumatı paylaşır, bu üzdən mən də paylaşım etdim. Özünü bakılı hiss edənləri təbrik etdim. Amma sözün düzü bu günün tarixi və niyə keçirilməsi ilə bağlı heç bir məlumatım yoxdur”.
Short URL: http://www.cumhuriyyet.net/?p=68750