Bu günün ulduz falı – 23 avqust

23.08.2016 - 00:05

ulduzQoç – şəxsi həyatında dəyişiklik etmək istəyən Xərçənglərin bu gün xoşuna gələcək. Arzuların həyata keçməsi üçün xüsusi bir şey etmək lazım deyil – uğur özü qarşınıza gəlir. Bir çox Xərçənglər bu gün düşünülməmiş, amma yerində və düzgün qərar verəcəklər.

Buğa – qeyri-adi, heyrətamiz hadisələr baş verəcək. Həyat tamamilə başqa bir axarla davam edir və bundan qorxmaq lazım deyil. Öz intuisiyanıza güvənin, məhz o, sizə dəyişikliklərə necə uyğunlaşmağı diktə edəcək. Bir dəqiqə də olsun, özünüzə inamınızı itirməyin. O, nəinki sizə uğur gətirəcək, həmçinin qarşı cinsin nümayəndəsinin diqqətini də cəlb edəcək.

Əkizlər – tanışlarınızın əksəriyyəti bu gün yeni eşqə düşəcək. Ehtiraslı və başgicəlləndirən roman yaddaqalan olacaq. Təsadüfi deyil: Şirlər macəra ovuna çıxıblar, ovları da öz ayaqları ilə hüzurlarına gəlir.

Xərçəng – maliyyə problemləri mümkünür. Düzdür, çox pul itirməyəcəksiniz, amma onlar lazım olan anda əlinizdə olmayacaq. Ola bilər ki, uğursuz alış-veriş edəsiniz.

Şir – nəyatınızda gözlənilməz dəyişikliklər baş verir, hadisələrin adi axarı dəyişir, yoxlanılmış üsullar artıq kara gəlmir. Təcili nəsə yeni bir çıxış yolu tapmalısınız, amma siz çaşqınlıq içərisindəsiniz və yaxşı ideyalar bu gün ağlınıza gəlmir. Sizin bütün həyatınızdan xəbəri olan bir şəxslə məsləhətləşməyiniz vacibdir.

Qız – İstənilən iş bu gün faydalı olacaq. İntellektual potensialınız yüksəkdir. Bu, ən mürəkkəb məsələləri həll etməkdə sizə kömək edəcək. Siz şəksiz lidersiniz, bunu bu gün görüşəcəyiniz bütün şəxslər sezərək qiymətləndirəcəklər. Özünüzə həmfikir ordusu toplayaraq hansısa yaradıcı layihənin gerçəkləşdirilməsinə başlaya bilərsiniz.

Tərəzi –  İdeyalarınız nə qədər cəsarətlidirsə, başqalarının təqdirini qazanmaq şansları da bir o qədər çoxdur. Başqa insanları da diqqətdən kənarda saxlamaq istəmirsiniz. Bir çox Tərəzilərdə başqalarına yardım etmək həvəsi güclənəcək. İctimai və siyasi fəaliyyətə maraq da artacaq.

Əqrəb – sərbəstlik və azadlıq istəyi çoxalır və bu hisslər bir çox Əqrəblər düşünülməmiş addımlar atmağa vadar edir. Köhnə əlaqələrin qırılması ehtimalı var, özünüzə ən yaxın bildiyiniz biriylə də qarşılıqlı anlaşma itə bilər. Sövdələşmələr, irihəcmli müqavilələrin bağlanması üçün uyğun gündür. Əntiq mallar, zərgərlik əşyaları ala bilərsiniz.

Oxatan – bu gün sürpriz qonaqlıqlar günüdür. Olsun ki, heç gözləmədiyiniz adamlar sizə qonaq gəlsinlər, yaxud da siz kimisə yoluxmağa qərar verəsiniz. Rahat, qeyri-formal şəraitdə istənilən problemi, istirahət planlarından tutmuş biznes-layihələrədək bir çox məsələni müzakirə edə bilərsiniz.

Oğlaq – günün emosional fonu gərgindir, siz əsəbi və narahatsınız. Ətrafınızdakılarla ümumi dil tapmaq çətindir, ailə üzvləri və yaxınlarınızla fikir ayrılığı yaranır. İnsanlar sizə nə qədər çox maraq göstərirlərsə, bir o qədər çox əsəbləşirsiniz.

Dolça – cari məsələlərin həlli üçün münasib gündür. Darıxmağa vaxtınız yoxdur, çünki problemlər müntəzəm olaraq peyda olacaq. Qeyri-standart situasiyalarda isə inandığınız bir şəxsin məsləhətlərindən istifadə edin. Bir çox Dolçalar üçün belə şəxs ya sevgililəri, ya da yaxın qohumları ola bilər.

Balıqlar – günün birinci yarısı aldığınız xoşagəlməz xəbər sizi çaşdıracaq və səhv qərar qəbul etməyinizə səbəb olacaq. Ağlınızı başınıza yığın, soyuqqanlı olun, yoxsa bu şəraitdən çıxmaq çətin olacaq.(milli.az)

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=73701

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930