Azərbaycanda qeysəriyyə əməliyyatlarının sayı 50 faiz artıb

26.08.2016 - 16:10

emeliyyatAzərbaycanda qeysəriyyə əməliyyatlarının sayı bir il ərzində 50,33 faiz artıb.

Cumhuriyyet.az Trend-ə istinadən bildirir ki, 2014-cü illə (168 889 doğuş) müqayisədə 2015-ci ildə Azərbaycanda doğuşların sayı 164 614-ə ensə də, qeysəriyyə əməliyyatı artıb.

2014-cü ildə Azərbaycanda 30 561 qeysəriyyə əməliyyatı olduğu halda, 2015-ci ildə bu rəqəm 50,33 faiz yüksələrək 45 942-yə çatıb.

Ötənilki doğuşların 111 599-u təbii doğuşla olub.

Keçən il ölkədə hər 100 doğuşa düşən qeysəriyyə əməliyyatlarının sayı 2014-cü ildəki göstəricidən (18,1) 27,9-a yüksəlib.
Ümumilikdə son illər ərzində qeysəriyyə əməliyyatlarının sayı artmaqdadır. 2005-ci ildə ölkədə 7 491, 2010-cu ildə 22 746, 2011-ci ildə 25 960, 2012-ci ildə 30 794, 2013-cü ildə 28 954, 2014-cü ildə 30 561, 2015-ci ildə 45 942 qeysəriyyə əməliyyatı olub.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=74260

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930