Prezident ona “Şöhrət” ordeni verdi
Q.Ə.Mikeladze “Şöhrət” ordeni ilə təltif edilib.
Axar.az xəbər verir ki, Prezident İlham Əliyev Azərbaycan Respublikasında jurnalistika və publisistika sahələrinin inkişafında xidmətlərinə görə Qalina Ələkpərovna Mikeladzeni “Şöhrət” ordeni ilə təltif edib.
81 yaşlı Qalina Mikeladze Moskva Dövlət Universitetini bitirib, Gürcüstan Yazıçılar Birliyinin nəşriyyatında işə başlayıb, daha sonra isə Azərbaycan EA-da çalışıb.
50-ci illərin sonunda “Bakinski raboçi” ilə jurnalist həyatına başlayıb. Hazırda müxtəlif sayt və qəzetlərlə əməkdaşlığını davam etdirir.
Short URL: http://www.cumhuriyyet.net/?p=75450