İlham Əliyevin 15 illik dostu danışdı: “Ən çətin günlərimizdə…” – VİDEO
Xəbər verdiyimiz kimi, prezident İlham Əliyev ötən həftə Biləsuvar rayonuna səfər edib. Ölkə başçısı Biləsuvarda Mərkəzi Rayon Xəstəxanasının açılış mərasimində iştirak edərkən köhnə dostunu tapıb. “Yadımdadır, 2000-ci ildə mən Lənkərana gedirdim, bu yoldaşı yolda gördüm. Məni bayraqla salamlayırdı. O vaxt bizim olimpiyaçılarımız yaxşı nəticə qazanmışdılar. Maşını saxlatdım, elə o vaxtdan tanış olduq, o vaxtdan da dostluq edirik”,-deyə prezident çıxışı zamanı bildirib.
AzVision.az-ın məlumatına görə, dövlət başçısının haqqında bəhs etdiyi şəxs 75 yaşlı Biləsuvar sakini Gülmalı Gülalıyevdır. 16 oğul atası olan Gülmalı Gülalıyev 15 ildir ki, prezidentlə dostluq etdiyini söyləyib: “Prezident İlham Əliyevlə ilk görüşümüz 15 il öncə olub. O günü heç vaxt unutmaram. Prezident maşını saxladaraq bizimlə görüşdü, hal-əhval tutdu. Prezidentimizə təşəkkür edirəm. O, bizə qayğı göstərir, ən çətin günlərimizdə dəstək olur. Biz xoşbəxt insanlarıq ki, İlham Əliyev kimi prezidentimiz, Heydər Əliyev kimi liderimiz var. Prezidentimlə fəxr edirəm, onun qürur duyuram.
Ulu öndər Heydər Əliyevlə də gözəl münasibətlərimiz olub. Mən 90-cı ildə onun şərəfinə rayonda muzey açmışdım. Heydər Əliyev hakimiyyətə gəldikdən sonra həmin muzeyə baş çəkdi. Ümummilli liderlə səmimis söhbətlərimiz olub. O, Azərbaycan xalqının xilaskarıdır”.
Short URL: http://www.cumhuriyyet.net/?p=75614