Alimlərdən qorxunc açıqlama: “Yer məhv olur”

12.09.2016 - 00:18

dunya-t%c9%99bi%c9%99ti“The Guardian” qəzetində Jason Hickel yazır ki, “son 14 ayda qlobal temperaturun bütün pis rekordları vurulub”.
Yerin şimal qütbündəki buz örtüyü 525 min kvadrat kilometr kiçilib. Britaniyanın aparıcı iqlim alimi, professor Kevin Anderson təəssüflə bildirir ki, hələlik qlobal istiləşmənin qarşısının alınması üçün atılmış addımlar kömək etmir. Dünya temperaturunun ildə 1, 5 dərəcədən çox artmaması hədəfinə nail olmaq mümkün olmayıb.
Lakin professor düşünür ki, hələ gec deyil, temperatur artımını 2 dərəcənin altında saxlamaq mümkündür. Amma bunun üçün karbon qazı emissiyasının 2050-ci ilədək ildə 8-10 faiz azaldılmasına nail olmaq realist məqsəddir. Bəzilərinə bu az görünə bilər. Lakin professor deyir ki, hazırda alternativ enerjidən istifadə bizə emissiyaların ildə 4 faiz ixtisarına nail olmaq imkanı yaradır.
Milli.Az BBC-yə istinadən bildirir ki, Yeri qızmar gələcəkdən xilas etmək 21-ci əsrin ən böyük sualıdır. “The Guardian” yazır ki, çarə kimi ən müxtəlif üsullar təklif olunub. Məsələn, fabrik və zavodlardan çıxan karbon qazınının maye halına salınması və böyük çənlərə doldurularaq yerin dərin qatlarında basdırılması təklifi edilir.
Başqa bir təklifə görə Yerin səthinə nəhəng güzgülər düzərək Günəş şüalarının bir hissəsini təkrar fəzaya göndərmək olar. Daha bir təklifə görə çıxış yolu okeanlara dəmir səpib yosunların hər yeri basmasına nail olmaqdır. Yosunlar karbon qazını yaxşı udur. Hickel yazır ki, bu təkliflər ya təhlükəlidir, ya da onları icra edəcək texnologiyalarımız hələlik yoxdur. Lakin mühəndislərin nəhəng geomühəndislik layihəsinin axtarışında olduqları bir vaxtda professor Anderson sadə bir təkliflə çıxış edib. Söhbət torpaqdan gedir.
Torpaq okeanlardan sonra dünyanın ən böyük karbon anbarıdır. Torpaqda planetin bütün bitki və ağaclarında olduğundan 4 dəfə artıq karbon var. Lakin meşələrin qırılması və sənayeləşdirilmiş əkinçilik, habelə gübrələr və pestisidlər torpaqları xaraba qoyur. Hazırda bütün becərilən torpaqların 40 faizi deqradasiyaya uğrayıb.
Torpaq deqradasiyaya məruz qaldıqca karbonu tutub saxlamaq qabiliyyətini itirir.
Lakin burada da çarə var. Dünya boyunca alimlər və fermerlər bildirirlər ki, torpağı yenidən canlandırmaq mümkündür. Bunun üçün sənaye əkinçiliyindən daha ekoloji əkinçiliyə keçmək, kimyəvi gübrələri təbii gübrələrlə əvəzləmək, əkin sahələrini rotasiyalaşdırmaq lazımdır.
Alimlər deyirlər ki, canlanan torpaq nəinki bətnindəki karbonu emissiya etməyəcək, hətta havadakı karbonu özünə çəkəcək. ABŞ milli Elmlər Akademiyası iddia edir ki, regenerativ əkinçilik karbon emissiyalarını 3 faiz azalda bilər. Science jurnalında isə bildirilir ki, emissiyaların azalması 15 faiz ola bilər. Pensilvaniyadakı Rodale İnstitutu isə 40 faiz rəqəmini çıxarıb.
Eyni hesabata görə bəşəriyyət otlaqları da regenerativ üsulla işləsə qlobal emissiyaların ixtisarı 100 faizə çata bilər.
Lakin “The Guardian” bildirir ki, bu ideyaya qarşı çox nəhəng qüvvələrin müqaviməti olacaq. Ərzaq sənayesi kimyəvi gübrələrə və pestisidlərə onunla haqq qazandırır ki, planetin artmaqda olan əhalisini başqa yolla yedirtmək mümkün deyil.
Alimlər isə belə yanaşmanı “blef” adlandırırlar. Birincisi dünyanı yedirtmək problemini ərzaq qıtlığı yox, onun düzgün paylanmaması şərtləndirir. Alimlərin fikrincə hazırda 10 milyard insanı təmin edəcək qədər ərzaq istehsal olunur.
Alimlər bildirirlər ki, burada mübarizə sadəcə iki metodun arasında yox, torpağa iki münasibətin arasında gedir. Bunlardan biri nəyin bahasına olursa-olsun gəlir əldə edilməsi, digəri isə yaşayan sistemlərin bir-birindən asılılığının qəbuludur.
Söhbət təkcə torpaqdan getmir. Roma papası Francis öz xütbələrindən birində demişdi ki, hazırkı ekoloji böhran mədəniyyət patologiyasının nəticəsidir. Müqəddəs ata bildirmişdi ki, planetin fəlakətlə üzləşməsi bizim özümüzü “yerin ağası” hesab etməyimizdən irəli gəlib.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=75655

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Dekabr 2024
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031