Gəncədə ana qızını evdən pul götürdüyünə görə yandırıb — TƏFƏRRÜATLAR

12.09.2016 - 11:20

rrSentyabrın 11-də Gəncə şəhərində törədilən dəhşətli qətlin bəzi təfərrüatları məlum olub. Cumhuriyyet.az-ın Report-a istinadən məlumatına görə, 12 yaşlı qızı Vüsalə Quliyevanın üzərinə benzin tökən və onu yandıraraq qətlə yetirən 1975-ci il təvəllüdlü Bülbül Qasımova keçirdiyi bəzi psixoloji sarsıntılardan sonra ruhi xəstə kimi qeydiyyata alınıb.
Onun yaxınlarının sözlərinə görə, V.Quliyevanın atası 1972-ci il təvəllüdlü Füzuli Quliyev bir müddətdir Rusiya Federasiyasına işləməyə gedib. Ailənin tək övladı olan qız isə anası ilə birgə yaşayıb. B.Qasımova dəfələrlə öz qızına qarşı zorakılıq edib. O, sonuncu dəfə Vüsalənin icazəsiz olaraq evdən pul götürməsinə əsəbiləşib, ardınca qızı döyərək yandırıb.
Qışqırtı səsinə gələn qonşular ağır yanıq xəsarətləri alan qızı xəstəxanaya aparıblar. Lakin həkimlər tərəfindən göstərilən bütün müdaxilələrə baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb. B.Qasımova isə hadisə yerindən qaçıb.
Hazırda polis tərəfindən baş vermiş hadisə ilə bağlı araşdırmalar davam etdirilir və qadının saxlanılması istiqamətində əməliyyat-axtarış tədbirləri görülür.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=75668

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Dekabr 2024
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031