Tanınmışlar Qurban bayramında “toqquşdu” – Polemika

12.09.2016 - 23:50

rrÖtən gün müsəlman dünyası Qurban bayramını qeyd etdi. Əəksəriyyəti müsəlman yaşayan Azərbaycanda da hər il olduğu kimi qurbanlar kəsildi, ehtiyacı olan insanlara paylandı, məscidlərdə namaz qılındı, dualar oxundu.
Ancaq hər bayram günü sosial şəbəkələrdə cəmiyyətin iki təbəqəsi üz-üzə gəlir. İnanclı kəsim və sekulyar təbəqə arasında Qurban bayramı ilə bağlı dartışmalar olur. Əksərən ateist və ya deist adamlar bayramla bağlı replikalar atır, kütləvi şəkildə heyvan kəsiminə etiraz edir, müxəlif statuslar paylaşırlar. Cumhuriyyet.az onlardan ən maraqlı olanlarını təqdim edir:
İqtisadçı alim Vüqar Bayramov: “Mən də Allahın yaratdığı bütün canlıların və o cümlədən heyvanların hüquqlarının qorunmasının tərəfdarıyam. Amma Qurban Bayramının kütləvi və coşğu ilə qeyd olunmasının bu aspektdən qiymətləndirilməsini doğru saymıram”.
Köşə yazarı Zamin Hacı: “Belə günlərdə adətən “İnanmırsan, hörmət elə” cümləsi gen-bol işlənir. Səhvdir. İnanmadığına hörmət etmək borcun yoxdur. Sadəcə, dözümlü yanaşmalısan. Düzgün formula belədir: “İnanmırsan, dözümlü yanaş”.
Jurnalist Rəşad Vaqifoğlu: “Qurban paylaşmaqdır” ifadəsi qoyun şəkli paylaşmaq kimi təfsir olunur? Din deyir ki, qoyun kəsib ‘tini paylaşın, demir ki, qoyunun şəklini paylaşın”.
“Bu şəhərdə” tamaşlarının ssenaristi Müşviq Abbasov: “Mənə elə gəlir qoyunun şəklini qoyub altında “bayramın mübarək ” yazanda daha çox qoyuna ünvanlanmış təbrikə oxşayır. Ona görədə şəkilsiz yazıram -” Bayramınız mübarək, ALLAH qurbanlarınızı və dualarınızı qəbul eləsin!”
İbrahim Nəbioğlu: “Hər bayramda məni “bahəm ” kəliməsi qədər heç nə əsəbiləşdirmir”.
Rəşad Bbalı: “Elə bir sistem olsun ki, kasıblar ildə bir dəfə yox, daima ət yesinlər. Yevropeyski kasıb yani. Özü də minnətsiz zadsız”.
Aqil Aslan: “Xidmət etdiyim hərbi hissələrdən birinin qərargah rəisi çox ciddi və zəhmli hərbçi idi. İlk dəfə onun güldüyünü Qurban bayramında gördüm. İsmayıl adında əsgər qurbanlıq qoyun kəsirdi. Qərargah rəisimiz də bizə baxıb gülə-gülə dedi ki, bu gün qoyunların soyqırımıdı”.
Qadir İbrahimli: “Nə özünüzə əl qatmısınız? Qurban bayramının simvolu qoyun olduğu üçün, təbrik mesajlarında da qoyun şəklinin qoyulması təbiidir. Qoyun əvəzinə qaşqaldaq şəkili qoyulmalı idi? Özü də adam sizə xüsusi diqqət göstərib mesaj yazıb, bayramın simvolunu qoyub, siz isə elə danışırsınız ki, guya sizə təbrik yox, söyüş göndəriblər”.

Elçin Əmirov, Cumhuriyyet.az

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=75726

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Dekabr 2024
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031