Ana yeddi günlük körpəsini xəstəxanada atıb qaçdı + FOTO
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, sentyabrın 11-də Bərdə Rayon Mərkəzi Xəstəxanasının Doğum şöbəsinin girişində yeni doğulmuş (təxminən 7 günlük) oğlan uşağı tapılıb.
Bərdə Rayon Mərkəzi Xəstəxanasının baş həkimi Rəna Mustafayeva rayonun Mərkəzi Xəstəxanasının Doğum şöbəsinin girişində tapılmış yeni doğulmuş körpə ilə bağlı açıqlama verib. Baş həkim moderator.az-a açıqlamasında deyib ki, xəstəxananının doğum şöbəsinin qarşısına atılmış körpə hazırda izolyasiya şəkilində saxlanılır: “Neonatoloqlar tərəfindən bütün müayinələri ediləcək. Daha sonra Gəncədə uşaq evlərindən hansında boş yer olsa, ora verəcəyik. Valideynlərinin kim olması haqda isə heç bir məlumat yoxdur”.Bərdə Rayon Mərkəzi Xəstəxanasının (RMX) qarşısına atılan körpə oğlanın evdə doğulduğu məlum olub. Cumhuriyyet.az xəbər verir ki, RMX-dan “Report”un Qarabağ müxbirinə verilən məlumata görə, körpənun üzündə göyərmələr və digər zədələr doğuş zamanı yaranıb. Hazırda xəstəxananın doğum şöbəsində olan körpənin vəziyyəti yaxşıdır.
“Onun çəkisi 2,5 kq, boyu isə 42 sm-dir. Müvafiq sənədləşmə işlərindən sonra körpə Gəncədəki uşaq evinə veriləcək”, – xəstəxanadan bildirilib.
Short URL: http://www.cumhuriyyet.net/?p=75727