10 günlük gəlinin ölümünün dəhşətli təfərrüatı

17.09.2016 - 10:32

gelin3Zərdab rayonunda 10 günün gəlini olan Pərvanə Bulud qızı Zərbəliyevanın ölümünün bəzi təfərrüatları məlum olub.
Zərdab rayon Mərkəzi Xəstəxanasından verilən məlumata görə, gəlin qan xərçəngi olub:“Pərvanə qoşulub qaçıb. Qızın ailəsi Pərvanənin xəstə olduğunu oğlan evindən gizlədib. Sentyabrın 5-də toyu olub. Toydan sonra Pərvanənin ağrıları artıb, temperaturu qalxıb. Ailə üzvləri onu müayinə üçün kənd həkiminə aparıb. Həkim gəlinə 3 ağrıkəsici vurub”.
Mənbənin sözlərinə görə, növbəti gün ağrılarının çoxaldığını görən gəlin özü-özünə ağrıkəsici vurub: “Pərvanə bu ağrıkəsiciləri ayağından vurub. İynələr isə ona pis təsir edib və vəziyyəti daha da pisləşib. Gəlin xəstəxanaya daxil olanda rəngi ağappaq idi, özü də sanki lal olmuşdu, danışa bilmirdi. Həkim ona iynə vuranda dərisi qopurdu”.
Qeyd edək ki, 1990-cı il təvəllüdlü Pərvanə Bulud qızı Zərbəliyeva ağır vəziyyətdə Zərdab rayon Mərkəzi Xəstəxanasına aparılıb. Xəstəxanadan verilən məlumata görə, şok vəziyyətdə xəstəxanaya daxil olan P. Zərbəliyevaya ilkin tibbi yardım göstərilib.
Yaxınlarının təkidi ilə xəstə şəxsi maşınları ilə Ucar Mərkəzi Rayon Xəstəxanasına aparılıb. Ucar Mərkəzi Rayon Xəstəxanasından verilən məlumata görə, mərhum xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib. (aznews.az )

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=76021

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Sentyabr 2023
BE ÇA Ç CA C Ş B
 123
45678910
11121314151617
18192021222324
252627282930