İlham Əliyevin Sərkisyana güllə kimi Cavabı

17.09.2016 - 22:51

rrMDB Dövlət Başçıları Şurasının sentyabrın 16-da Bişkekdə keçirilən məhdud tərkibli iclasında Serj Sərkisyanın bu ilin aprelində cəbhə bölgəsində baş vermiş hadisələrlə bağlı Azərbaycandan şikayət xarakterli çıxışına İlham Əliyevin çox tutarlı və sərt cavabı gündəmi zəbt edib. Prezident İlham Əliyevin rəqibin yalanlarına qəti və sərrrast, faktlarla dolu cavabı və qarşı tərəfin bu cavablar qarşısında susması bir neçə məqama görə yadda qaldı.
İlham Əliyevin nüfuzu
Ermənistan prezidentinin bu mötəbər tədbirdən sui-istifadə edərək, Azərbaycanla bağlı yalan və bahtanlar səsləndirməsinə Prezident İlham Əliyevin cavab istəyinə Belarus Prezidenti Likaşenko tərəfindən dərhal qarşılıq verilməsi və öz növbəsini Azərbaycan Prezidentinə güzəştə getməsi bir tərəfdən Azərbaycanın son illər apardığı xarici siyasətin uğurlu bəhrəsidirsə, digər tərəfdən Prezident İlham Əliyevin şəxsi nüfuzunun göstəricisidir.
İlham Əliyevin onun yalanlarına dərhal cavab verəcəyini gözləməyən Sərkisyan artıq Azərbaycan Prezidentinin söz haqqının tanınması faktından sarsılmış və çarəsiz duruma düşmüşdü. KTMT ölkələrinin də təmsil olunduğu və güvəndiyi bir qurumda belə İlham Əliyevin nüfuzu Sərkisyana ən böyük diplomatik zərbə idi.
İlham Əliyev isə çıxışına “Ermənistan prezidentinin sözlərinə şərh verməyi özümə borc bildim. Mən Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi məsələsinin başqa beynəlxalq strukturlarda həll edilməsini əsas tutaraq, bu gün bu mövzuda danışmağı lazım bilmədim. Amma erməni tərəfinin növbəti şikayətini eşidəndə, bunu şərh etməyi özümə borc saydım” sözləri ilə başlamaqla Sərkisyanın qeyri-peşəkar, sözünün yerini bilməyən bir siyasətçi olduğunu növbəti dəfə ortaya qoydu.
Sərkisyan hamını bezdirib
Prezident İlham Əliyevin “Erməni tərəfi bu şikayətlərlə artıq bütün beynəlxalq təşkilatları bezdirib” fikri auditoriyanın ümumi rəyini düzgün qiymətləndirməyi bacaran peşəkar siyasətçinin sözünü bilməyən rəqibinə sarsıdıcı zərbəsi idi. Əslində, İlham Əliyev “erməni tərəfi” deyərkən birbaşa “Sərkisyanın bütün beynəlxalq təşkilatları bezdirdiyini” onun üzünə çırpdı və maraqlı məqam odur ki, digər liderlər İlham Əliyevin bu sərt mövqeyini məmnunluqla qarşıladılar.
Tamamilə fərqli mövzuların müzakirə olunduğu bir məqamda ölkəsini siyasi və iqtisadi təcrid vəziyyətinə salan, xalqını aclığa, səfilliyə düçar edən Sərkisyan artıq iqtisadi-siyasi layihələrlə çıxış etmək imkanında deyil. Daha öncə çıxış edən Azərbaycan Prezidenti MDB və Avropa ölkələri ilə qurulan iqtisadi əlaqələrdən, son 10 ildə həyata keçirilən və bölgənin şah damarına çevrilən böyük, transmilli layihələrdən və bu layihələrin həm Azərbaycana, həm də qonşu ölkələrə verdiyi böyük iqtisadi-siyasi dividentlərdən danışmaqla, növbəti hədəfləri nişan vermiş və Azərbaycanın artıq bölgənin nüfuzlu ölkəsi olduğunu, regional oyunçu statusunu qazandığını ortaya qoymuşdu. Bunun müqabilində heç bir istisadi-siyasi fəaliyyəti olmayan Sərkisyan öz ölkəsinin MDB üçün dəyərli olduğunu hansı arqumentlə əsaslandıra bilərdi?
Əhalisi sürətlə azalan, yoxsulluq əmsalı ildən-ilə artan, böyük iqtisadi və hakimiyyət böhranı yaşayan Ermənistanın lderi ölkəsinin son illər yalnız dotasiyalar, yardımlar, başqa dövlətlərin ianələri hesabına yaşadığını və MDB üçün heç bir siyasi-istisadi önəm kəsb etmədiyini yaxşı anlayır. Siyasi diletant səviyyəsindən də aşağı olan Sərkisyan isə belə məqamda çıxış etməyin, guya söz deməyin yeganə yolunu “bilir”, Azərbaycana ittihamlarla öz faciəsini ört-basdır etməyə çalışır. Maraqlıdır ki, hər dəfə ən sərt şəkildə cavabı verilsə də, Sərkisyanın səviyyəsi auditoriyanı necə bezdirdiyini hiss etməyə imkan vermir.
Aprel savaşının siyasi üstünlüyü
Sərkisyan Aprel savaşına diqqət çəkdi və guya Azərbaycanın atəşkəsi pozub, təxribat törətdiyini gündəmə gətirmək istədi. Azərbaycan Prezidenti isə Sərkisyanın işğalçı rejiminin dinc əhaliyə qarşı apardığı hərbi cinayətləri saydı, Aprel savaşında 10-dan artıq dinc sakinin ölümünü, 500-dən çox mülki evin dağılmasını fakt olaraq göstərdi və Azərbaycan Ordusunun bütün bunların qarşılığında erməni hərbi mövqelərini dağıtmağa haqq qazandığını dolayısı ilə liderlərin diqqətinə çatdırdı.
Aprel savaşındakı ağır məğlubiyyətin sarsıntısından çıxa bilməyən Sərkisyana verilən bu cavab İlham Əliyevin düşməni Azərbaycan torpaqlarından qısa müddətdə rədd etməyə hazır olan Ali Baş Komandan cavabı idi. Aprel savaşının hərbi uğurunu diplomatik cinahda uğurla davam etdirən Prezident İlham Əliyev bir daha MDB liderlərinin toplaşdığı məclisdə Sərkisyana mesaj verdi: “Beynəlxalq təşkilatlar bu məsələnin necə tənzimlənməli olduğunu çox dəqiq anlayırlar. Ali beynəlxalq struktur var – BMT Təhlükəsizlik Şurası. Bu strukturdan yüksəyi yoxdur. Təhlükəsizlik Şurası 1990-cı illərin əvvəllərində dörd qətnamə qəbul edib. Həmin sənədlərdə erməni işğalçı qüvvələrinin Azərbaycan ərazisindən qeyd-şərtsiz və dərhal çıxarılması tələb olunur. Bu qətnamələr yerinə yetirilmir. Ermənistan onlara məhəl qoymur və keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin inzibati sərhədlərini süni şəkildə dəyişdirməklə, həmin ərazini qanunsuz məskunlaşdırmaqla yeni reallıqlar yaratmağa çalışır. Bu, tamamilə qanunsuzdur, cinayətdir və bu cinayət indiyə qədər davam edir”.
Erməni tərəfi manipulyasiya edir
“Biz sülhə sadiqik” deyən Prezident Əliyev bir məsələni də xüsusilə vurğuladı: erməni tərəfi Minsk Qrupu formatından yalnız danışıqlar prosesinin sonsuz olması üçün istifadə edir. Ermənistan sülh istəmir.
İlham Əliyev Sərkisyanın sülh danışıqlarını pozduğunu bir daha nəzərə çatdırmaqla, Ermənistanın Azərbaycana başqa yol qoymadığını bildirdi və Aprel savaşında düşmənin bağrını yaran Azərbaycan Ordusunu idarə edənin kim olduğunu bir daha Sərkisyana nümayiş etdirdi.
Dünyada getdikcə güclənən mövqeyi, Ermənistanla müqayisə olunmayacaq səviyyədə güclü hərbi-siyasi üstünlüyü, Sərkisyanın qoltuğuna sığınmaq istədiyi ölkə ilə böyük iqtisadi-siyasi tərəfdaşlığı olan Azərbaycanın lideri beynəlxalq birlik tərəfindən tanınmış ərazilərinin 20 faizinin işğal altında olduğunu, bir milyondan artıq qaçqını olduğunu və BMT TŞ-nin 4 qətnaməsinin Ermənistan tərəfindən yerinə yetirilmədiyini də xatırlatdı, bütün məsuliyyətin Sərkisyanın üzərində olduğunu vurğuladı.
Sərkisyanın atmacası onun özünə çevrildi
Bütün bu həqiqətlərin qarşısında heç bir cavab verə bilməyən, tutarlı arqument deyə bilməyən Sərkisyanın yalnız “Yalana cavab verməyin mənası yoxdur” atmacası ilə düşdüyü pis vəziyyətdən çıxmaq istəməsinə də Prezident İlham Əliyev iman vermədi, “Mən yalana artıq cavab verdim” kimi sərrast cavabla diplomatik söz oyununda belə Sərkisyanı sudurmaqla müzakirəyə möhürünü vurmuş oldu.(axar.az)

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=76055

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Dekabr 2024
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031