Deputatdan xristianlıq haqda şok: “Katolik kilsəsinin ən böyük problemi uşaqbazlıqdır”
Araz Əlizadə: “Onlar öncə özlərinin bu problemini həll etməlidir”
Məlum olduğu kimi, oktyabrın 2-də Roma papası Azərbaycana səfər edəcək. Maraqlıdır, bu səfər ölkəmizə nə qazandıracaq? Roma papasının məlum səfərindən müsbət mənada nə isə gözləməyə dəyərmi?
Moderator.az-a açıqlama verən millət vəkili Araz Əlizadə Roma papasının Bakı səfərindən ciddi mənada heç nə gözləmədiyini vurğuladı: “Bu səfərdən heç nə gözləmirəm. Bu, papanın tanışlıq səfəridir. Vaxtiylə Roma papası bütün katolik dövlətlərini diz çökdürmüşdü. Böyük nüfuza malik indi. Indi də ara-sıra müəyyən rol oynayır. Hazırda katolik kilsəsi öz daxili problemlərinin həllinə diqqət yetirməlidir. Keşişlər arasında yayılan uşaqbazlıq probleminin həllinə nail olmalıdır. Lakin madam ki, gəlir, xoş gəlib səfa gətirir. Arzu edək ki, bu səfər münasibətlərin yaxşılaşması baxımından faydalı olsun”.
Seymur Əliyev
Short URL: http://www.cumhuriyyet.net/?p=76086