SSRİ-nin yazılmamış xuliqan qanunları – NƏLƏR OLMAZDI
Hər dövrün öz gənclərinə və idarəçiliyinə uyğun yazılmamış qanunları olur. Müxtəlif xalqlarla birgə tərkibində yaşadığımız SSRİ-nin də özünəməxsus, müasir gənclərə yad olan bəzi qanunları olub. Cumhuriyyet.az axar.az-a istinadən ötən əsrin 70–80-cı illərinin xuliqanlarının yazılmamış qanunlarını təqdim edir:
– Dalaşanda həmişə təkbətək dalaşmaq lazım idi. Qrup şəklində dalaşmalar çox istisna hallarda ola bilərdi.
– Əgər bir oğlan qızla gedirdisə, ona toxunmaq olmazdı. Çünki bu, oğlanı alçaltmaq, yanındakı xanımı isə təhqir etmək demək idi.
– Özündən böyükləri problem həllində köməyə çağırmaq qorxaqlıq sayılırdı.
– Əgər dostlarının problemi varsa, kömək etməyə borclu idin. Əks halda sən satqın hesab olunurdun.
– Özündən kiçiklərin və qızların xətrinə dəymək birmənalı şəkildə qadağan idi.
– Yeni kompaniyaya daxil olarkən öz dediklərini əməlinlə sübut edə bilməsən, cəzalanırdın.
– Özündən böyüklərə həmişə hörmət edilirdi və onlar həmişə balacaların dadına yetişirdi.
– Əgər bir qız içki içib siqaret çəkməyə başlayırsa, ona olan hörmət azalmağa başlayırdı.
– Fahişə ilə görüşmək öz dostların arasında olan hörmətini itirmək demək idi.
– Narkotik aludəçilərini heç kim sevmirdi və onlarla ünsiyyətə girmirdi.
Short URL: http://www.cumhuriyyet.net/?p=76246