Azərbaycanda işləyən qadınların üzləşdiyi 7 çətinlik

23.09.2016 - 10:40

cox-qazanan-qadin-aldadir

Azərbaycanda qadınların işləməsi və paralel olaraq ailə işlərini yerinə yetirməsi üçün problemilər hər zaman müzakirə edilib. Bəs həmin problemlər nədən ibarətdir. Cumhuriyyet.az lent.az-a istinadən onlardan yeddisini təqdim edir.
Hər şeydən qabaq elə bu sözdən başlayaq: “İşləyən qadın!” İşləyən kişi sözünü eşitmisiz? “Kişi işləyər də”. Qadına seksist münasibət əslində elə bu ifadə ilə başlayır. Halbuki qadın həmişə işləyir. Maaş alsa da, almasa da… Lakin cəmiyyətin gözündə o ancaq maaş alanda “işləyən qadın” sayılır. Uşaqlara evə, kişiyə baxmaq isə iş sayılmır.
İşləyən qadın qürurludur, özünə inamı var. Onun başını aldatmaq, nəyəsə məcbur etmək mümkünsüz olmasa da çətindir. O bu mənada bütün günü ev işləri ilə məşğul olan həmcinslərindən çox güclüdür. Buna görə də orta statistik kişilər işləyən qadınları sevməzlər. Ümumiyyətlə, qadını işləməyə qoymazlar. Əzik kişiləri müəyyən edən parametrlərdən biri də budur.
İşləyən qadının hər dəqiqəsi qiymətlidir. İşdən evə gəlmək, uşaqların dərsi, evin səliqəsi, səhər üçün yemək hazırlamaq, kişinin “plovuna yağ gətirmək…”. Və bu qədər işin içində özünə diqqət eləmək, gözəl görünmək üçün zaman ayırmaq çox çətindir. Amma di gəl ki, bütün işləyən qadınlar bunu edə bilirlər. Və iddia edirik: Bu qədər zamanda bu qədər işi görməyi heç bir kişi bacarmaz. Uşaqların dərsiylə məşğul olsa yemək qalacaq, yemək hazırlansa ev tör-töküntü olacaq.
İşləyən qadının çətinlikləri təkcə evlə bağlı deyil. Həm də işlə bağlıdır. Misal üçün, onun maaşı adətən eyni işi görən kişi həmkarlarından azdır. Üstəlik, qadının vəzifədə irəli çəkilməsi kişilərə nisbətən daha gec baş verir. Hə, bir gün ədalət zəfər çalıb qadın normal bir vəzifəyə təyin olunsa belə bunun arxasında min şey axtararlar.
Hamı işdə səhv edə bilər. Qadın da, kişi də. Lakin kişinin səhvi onun tənbəlliyinə, səhlənkarlığına bağlıdırsa qadının səhvinin isə bircə səbəbi var: Onun qadın olması. “Qadındı da…”. Bu seksist münasibət bizdə az qala həyati normadır.
İşləyən qadının hamiləliyi belə şirkət strategiyası ilə uyğunlaşmalıdır. Bir anlıq özünüzü onun yerinə qoyun və düşünün. Hamilə qalmaq istəyirsiniz, bunu hamı bilməlidir, müzakirə edilib təsdiq olunmalıdır.
İşləyən qadın hər gün gözəl, baxımlı olmalıdır. Amma onun bunun üçün zamanı da çox azdır. Buna görə də hər cür praktik həll yollarını çox gözəl bilirlər. Ən qısa müddətə makyajdan tutmuş, az paltarla çox kombinasiya yaratmağa qədər.
https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=76403

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Dekabr 2024
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031