600 azərbaycanlı Türkiyədə səs verəcək – Referendum

24.09.2016 - 20:53

1469092572_51e8d59036e1af39963ed93066676bd3Səsvermə günü bəzi vətəndaşlar üçün “xüsusi servis avtobusları təşkil olunacaq”, referendum məntəqəsinin sədri məlumat verib.

“Azərbaycan Respublikası Konstitusiyasına dəyişikliklərin edilməsi ilə bağlı hazılanmış seçici siyahısının nəticələrinə əsasən, Türkiyənin paytaxtı Ankara və yaxın ərazilərdə 600-dən artıq Azərbaycan vətəndaşı yaşayır”, səfirlikdə yaradılmış referendum məntəqəsinin sədri Rahilə Şükürova BBC Azərbaycancaya deyib.

Rahilə Şükürova bu vəzifədə diplomatik korpusu deyil, Ankarada çalışan Azərbaycan vətəndaşlarının təmsilçilərindəndir. O, Gazi Universitetində rus dili və ədəbiyyatından dərs deyir.

Referendum komissiyasının sədri Rahilə Şükürova deyir ki, secici siyahısında səfirliyin xidmət dairəsinə aid digər şəhərlərdə də Azərbaycan vətəndaşlarının olmasına baxmayaraq, onlar seçkilər zamanı çox da aktiv olmurlar.

“Ən aktiv seçicilər əsasən, Ankarada yerləşən ali məktəb tələbələri, müəllimlər, polis və hərbi akademiyaların kursantları, dövlət qurumlarında və özəl sektorda çalışan vətəndaşlarımız olur”, Rahilə Şükürova əlavə edib.

Məntəqə sədrinin sözlərinə əsasən, tələbələrin referendum haqda ətraflı məlumat ala bilmələri üçün “onlar arasında iş aparılıb”.

“Səfirliyin yaxınlığına ictimai nəqliyyat işləmədiyindən, səsvermə günü vətəndaşlarımızın Ankaranın mərkəzi Kızılay meydanından səfirliyə gəliş-dönüşlərini təmin edəcək xüsusi servis avtobusları təşkil olunacaq”, referendum məntəqəsinin sədri məlumat verib.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=76606

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930