Aqraq sahədə tənəzzül ola bilər – Ekspert
Tanınmış iqtisadçı Qubad İbadoğlu pambıqçılıq təsərrüfatının inkişaf etdirilməsi barədə dövlət proqramı qəbul olunmasıyla bağlı fikirlərini sosial şəbəkədəki səhifəsində yazaraq izləyiciləri ilə paylaşıb.
Cumhuriyyet.net iqtisadçı alimin fikirlərini oxuculara təqdim edir:
“Ənənəvi təsərrüfatçılıq formalarına qaydış aqraq sahədə tənəzzülə səbəb ola bilər.
Bu qənaəti texniki bitkilərin ilkin məhsuldaqlıq göstəriciləri yaradır.
2015-ci ilin yanvar-avqust ayları ilə müqayisədə kənd təsərrüfatının ümumi məhsulu 2,4 faiz, o cümlədən bitkiçilik məhsulları istehsalı 2,1 faiz, heyvandarlıq məhsulları istehsalı isə 2,8 faiz artıb. Bu il milli iqtisadiyyatda tənəzzül müşahidə olunmasına baxmayaraq aqrar sektor il boyu müntəzəm olaraq pozitiv nəticələrə malik olub. Bu artımı şərtlənidən başlıca amil sərbəst təsərrüfatçılıqdır. Halbuki bu ildən balayaraq təsərrüfat fəaliyyətinin müstəqilliyinə müdaxilələr çoxalıb. Bir vaxtlar ərzaq təhlükəsizliyinin təminatında strateji əhəmiyyəti olan taxılçılıq kənd təsərrüfatında önə çıxarılırdısa, haazırda aqrar sahədə texniki bitkilərin əkin sahəsini genişləndirmək siyasəti aparılır. Belə ki, bu il 51,8 min hektar sahədə pambıq, 7,1 min hektar sahədə şəkər çuğunduru, 8,2 min hektar sahədə dən üçün günəbaxan, 2,4 min hektar sahədə tütün əkilib. Bununla yanaşı, bu il respublikanın 30 rayonunda 1,6 milyon tut ağacının əkilməsi nəzərdə tutulub. Bütün bunlar Azərbaycan kənd tsərrüfatında kollektiv mülkiyyət dövrünə məxsus ənənəvi təsərrüfatçılığın bərpası məqsədilə həyata keçirilir. Xüsusilə də hazırkı həsas iqtisadi dövrdə belə radikal keçidin direktiv qaydada, torppaq, texniki, insan resursları dəyərləndirilmədən, hazırlıq görülmədən aparılması kənd təsərrüfatı istehsalına təsirsiz ötüşməyəcək. Hazırda əldə edilən ilkin nəticələr göstərir ki, texniki məhsulların istehsalında məhsuldarlıq ənənəvi təsərrüfatçılıq zamanı ilə müqayisədə aşağıdır. Bu isə cari il ərzində yeganə davamlı artım müşahidə olunan kənd təsərrüfatında da tənəzzülə gətirib çıxara bilər. Odur ki, dövlətin bu posesə müdaxiləsinə son qoyulmalı, sərbəst təsərrüfatçılıq və sağlam rəqabət üçün mühit yaradılmalıdır”.
Short URL: http://www.cumhuriyyet.net/?p=76609