Masallıda pensiyaçılar etiraza qalxdı, yol bağlandı – Video
Sakinlərin sözlərinə görə, əsas narazılıq rayon üzrə“Kapitalbank”ın cəmi 3 (hazırda ikisi fəaliyyət göstərir) bankomatının olmasıdır. Nəticədə insanlar günlərlə aparatın qarşısında növbədə dayanmalı olurlar. Digər tərəfdən, bankomatlarda lazımı məbləğdə pul olmur ki, bu da əhalinin narazılığını daha da artırır. Halbuki, sakinlərdən xəstəsi olan da var, dərman alınmalıdır, amma pul yoxdur.
Məlumata görə, yol bağlandıqdan sonra əraziyə polis əməkdaşları cəlb edilib.Bir neçə nəfər saxlanılsada, sonradan onların sərbəst buraxıldıqları deyilir.(cenubnews.com)
Short URL: http://www.cumhuriyyet.net/?p=76623