Təmirsiz binalardan ev almayın – Təhlükə

24.09.2016 - 23:06

400901220Paytaxt Bakıda əksər tikinti şirkətləri mənzilləri alıcılara təmirsiz vəziyyətdə təhvil verir. Bu isə həmin binaların gələcəkdə istismarında, eləcə də təmirində ciddi çətinliklər yaradır.

Cumhuriyyet.net xəbər verir ki, inşaat şirkətlərinin bu addımı həm sakinlərin narahatlığına, həm də binanın xarici görünüşünün pozulmasına səbəb olur.

Bu cür binalarda məskunlaşan vətəndaşlar fasiləsiz səs-küydən, elektrik sisteminə fərdi müdaxilələrdən, binaların görkəminin ciddi şəkildə pozulmasından şikayətlənir.

Qabaqcıl ölkələrdə isə tikinti şirkətləri mənzilləri ancaq təmirli olaraq satır. Bu da binalarda yaşayış daha real və tez başa gəldiyindən insanların marağını çəkir.

Əmlak eksperti Ramil Osmanlı Xəzər Xəbər-ə açıqlamasında tikinti şirkətlərinin təmirli mənzilləri həddindən artıq baha qiymətə təklif etdiyindən müştərilərin buna maraq göstərmədiyini deyib.

Onu da qeyd edək ki, son zamanlar Azərbaycanda təmirli mənzil satan şirkətlərin sayı artmaqdadır. Buna görə də bazarda rəqabət yarandığından təmirli mənzillərin qiymətlərinin aşağı düşməsi gözləniləndir.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=76629

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Dekabr 2024
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031