Bankomat növbəsini necə həll etməli? – Ekspert

25.09.2016 - 14:08

11af6e7c-b9a6-4945-a9c0-ea26d1c00926_w987_r1_sÖlkədə, təqribən, 1,3 mln təqaüdçü, 900 minə yaxın da büdcədən maaş alan vətəndaşımız var.

Bunu iqtisadçı ekspert Natiq Cəfərli bankomatlar qarşısında yaranan uzun növbələr barədə fikirlərini bölüşərkən deyib.

Onun sözlərinə görə, ölkədə nağdsız alış-veriş imkanları genişləndirilməsə, problem həll olunmayacaq:

“Dünən bir çox bölgələrdə yüzlərlə vətəndaşın bankomatlar qarşısında növbə gözlədiyi, öz təqaüdlərini ala bilmədikləri haqqında xəbərlər yayıldı. Əslində bu ilk deyil, son da olmayacaq, həmişə maaş və təqaüdlərin hesablara yükləndiyi gündən sonra bankomatlar qarşısında izdihamlı növbələr olur. Belə mənzərə illərdir davam edir, amma problemin həlli yollarını dəfələrlə göstərsək də, hökumət heç bir addım atmır.

Ölkədə, təqribən, 1,3 mln təqaüdçü, 900 minə yaxın da büdcədən maaş alan vətəndaşımız var. Əksəriyyətinin maaş, və ya təqaüd kartı var, alacaqları hesablarına yatırılır, və pulun hesablara yatması doğrudur, bu problem həll edilib. Bəs yaxşı bu 2,2 mln. vətəndaşımız nəğd pulu bankomatlardan çəkib sonra nə edirlər? Doğrudur, aldıqları o qədər azdır ki, ancaq ərzaq və dərmanlara çatır, deməli, 2,2 mln. vətəndaş büdcədən aldıqları vəsaitin tamamına yaxınını ticarət şəbəkəsində xərcləyirlər. Əgər belədirsə, niyə vətəndaş həmən kartdakı pulunu nəğdiləşdirmək istəyir: 1) Vətəndaşın bank sisteminə güvəni yoxdur, hesabındakı pulu həmən nəğd çəklində cibinə qoymaq istəyir, 2) Ölkədə nəğdsiz ödənişlərin səviyyəsi çox aşağıdır, çünki təşviq proqramları yoxdur, nəğdsiz alış-veriş üçün pos-terminallar azdır, olan yerlərdə də normal işləmir.

Bu iki problem həll olunsa, vətəndaş kartla alış-veriş edər, bankomatlarda növbə gözləməz, tizarət şəbəkəsi də tam leqal, “ağ hesabata” keçər, vergidən yayınma halları azalar, bu həm vətəndaşın, həm də dövlətin xeyrinə olar. İnsanları nəğdsiz alış-verişə öyrətmək, bunu təşviq etmək lazımdır, bunun çox asan yolları var: 1) TV-lərdə bəsit və bayağı şoulardansa, sosial reklam çartxları, nəğdsiz ödənişin üstünlüyünü izah edən proqramlar olmalıdır, 2) Vətəndaş kart vasitəsi ilə ticarət şəbəkələrindən, apteklərdən alış-veriş edərkən əldə etdiyi kassa çeki avtomatik olaraq lotoreya bileti olmalıdır. Hər ay, azı iki dəfə, həmin kassa çeklərinin nömrələri uduşa çıxarılmalı, çekləri toplayan vətəndaşlar bu lotoreyanın iştirakçısı olmalı, ayda 2 dəfə dahalı hədiyyələr və pul mükafatları qazanmalıdırlar ki, onlarda məhz nəğdsiz alış-verişə stimul yaransın”.(Vizual.Az)

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=76670

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930