Kommunist Partiyasında hacı olmaq istəyənlər VAR: 1 nəfər də məşədidir

04.10.2016 - 11:10

531743ae-f6fb-4666-a87c-4f4150b5e2b0_mw1024_mh1024_s1475564262Azərbaycan Kommunist Partiyasının (AKP) sıralarında Həcc ziyarətində olmaq istəyən şəxslər var. Bu barədə Modern.az saytına partiya sədri Rauf Qurbanov məlumat verib.

O deyib ki, hazırda AKP-nin elektoratında dinə inanan, müqəddəs ziyarətlərdə olmaq istəyənlər xeyli çoxdur.

“Düzdür, büro iclasında bu barədə müzakirə aparılmır. Ancaq partiya sədri kimi müşahidə edirəm və görürəm ki, çox sayda üzvümüz inanclıdır. Onların ürəyindən ziyarətdə olmaq keçir. Amma təkcə daxili təmizlik, məsələlərə ədalətli münasibətlə ziyarət olmur. Gərək maddi vəsait də lazımdır. Bizim üzvlərin isə maddi durumu yaxşı deyil”,-deyə R. Qurbanov bildirib.

Partiya sədri onu da əlavə edib ki, müavini Aydın Şiriyevin Həccə getməyə imkanı olmasa da, o, Məşhəd ziyarətini gerçəkləşdirib.

“Burada qeyri-adi bir şey yoxdur. Müasir kommunistlərin artıq dinə münasibəti başqadır. Yəni, ədalətli, xeyirli, cəmiyyət üçün müsbət şeylər bizlərə yasaq deyil. Bu məsələdə dini ideologiyadan asılı olmayaraq yaxşı şeyləri götürürük”.

Qeyd edək ki, bir zamanlar elmi ateizm kommunizm ideologiyasının tərkib hissəsi idi.

 

Short URL: http://www.cumhuriyyet.net/?p=77713

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31