Fikrət Fərəməzoğlunun həbsi PA-da danışılıb

04.10.2016 - 11:39

images-cms-image-000023688“Bu gün Prezident Administrasiyasının hüquq -mühafizə orqanları ilə iş şöbəsinin müdiri cənab Fuad Ələsgərov və onun tabeyçiliyində olan şəxslər tərəfindən qəbul edildim”.

Vizual.Az xəbər verir ki, bunu Jam.az-ın həbsdə olan baş redaktoru Fikrət Fərəməzoğlunun xanımı bildirib.

Faiqə İbişbəyli qeyd edib ki, bütün olanları olduğu kimi nəzərlərinə çatdırıb: “Jam.az saytında qərəzə səbəb olan nalayiq obyektlər barədə gedən materialların surətin təqdim etdim. Onlar qeyd etdilər ki Fikrət Fəraməzoğlu barəsində olan cinayət işi nəzarətimizdədir, yaxın günlərdə hər şey öz həllini tapacaq.

Ümidvaram cənab Fuad Ələsgərov qanunun aliliyini rəhbər tutacaq və jurnalist Fəraməzoğlunun azadlığına qovuşmasına yardımçı olub, ölkədə yürüdülmüş siyasəti dəstəkləyərək irəli sürülmüş saxta və qondarma cinayət işin və bu işi quraşdıran vəzifəli şəxslər barəsində lazımı tədbirlər görüləcək. Məni dinlədikləri üçün minnətdarlığımi bildirirəm”

Short URL: http://www.cumhuriyyet.net/?p=77719

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31