Siyavuş Novruzovdan dini telekanal açıqlaması: “Hər gün 1 saat…”

04.10.2016 - 11:55

siyavus-novruzov_-1Düşünürəm ki, hər bir yerli telekanal gün ərzində ən azı 1 saat dini veriliş yayımlasa, bu, elə həftədə 24 saatdan çox edir.

Bu sözləri Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov Modern.az-a müsahibəsində deyib.

Deputatın sözlərinə görə, Azərbaycanda regional və mərkəzi televiziyalar fəaliyyət göstərir. Bu televiziyalar da Azərbaycan əhalisi üçün kifayətdir:

“Həmin televiziyalarda dini izahatların verilməsinə böyük ehtiyac var. Azərbaycan Dövlət Televiziyasında akademik Vasim Məmmədəliyev 25 ildir dinə aid veriliş aparır. Bundan başqa da hansısa verilişlərə bu və ya digər məslə ilə bağlı olaraq din xadimləri, ilahiyyatçılar dəvət olunur.

Amma mütəmadi olaraq Qurani Kərimin, şəriətin, islam hüququnun izahatına bütün televiziyalar həftədə 1 saat ayıra bilər. Bu baxımdan ayrıca dini telekanalın da açılmasınada ehtiyac qalmır.

Ölkədə televiziya açmaq özəl bir işdir. İstənilən şəxs qanunvericilik çərçivəsində Milli Televiziya və Radio Şurasına müraciət edərək, telekanal aça bilər. Qafqaz Müsəlmanları İdarəsi də bu quruma müraciət edərək, dini telekanalın açılması ilə bağlı tezlik yaradılması təklifini irəli sürə bilər.

Bu, artıq Qafqaz Müsəlmanları İdarəsi ilə Teleradio Şurası arasında olan məsələdir. Amma bunu da nəzərə almaq lazımdır ki, ölkədə yeni bir dini televiziya yaratmaq üçün əhalidən də sosial sifarişi gəlməlidir. Mən şəxsən hesab edirəm ki, bu cür sosial sifariş yoxdur”.

Short URL: http://www.cumhuriyyet.net/?p=77723

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31