Zakir Qaralov prokuroru işdən çıxardı

04.10.2016 - 12:40

zakir-qaralovAzərbaycanda iki rayon prokurorunun səlahiyyət müddəti başa çatıb.

Qobustan rayon prokuroru Azər Vahabzadə və Xızı rayon prokuroru İlham Məmmədovun səlahiyyət müddətləri sona yetib.

Onlar hazırda həmin vəzifələri müvəqqəti icra edirlər. Adıçəkilən şəxslərin Qobustan və Xızı rayon prokuroru vəzifələrini icra etmələri ilə bağlı Baş Prokurorluğun saytında da məlumat yerləşdirilib.

Yaxın vaxtlarda hər iki şəxsin yeni təyinatı ilə bağlı baş prokuror Zakir Qaralov tərəfindən əmr imzalanacağı gözlənilir.

Qeyd edək ki, Azər Vahabzadə xalq şairi Bəxtiyar Vahabzadənin oğludur. O, 2011-ci ildə Qobustan rayon prokuroru təyin olunsa da, uzun müddət işə çıxmayıb. Mətbuatda A. Vahabzadənin həmin təyinata etiraz olaraq işə çıxmadığı qeyd olunsa da, Baş Prokurorluğun yaydığı məlumatda onun səhhəti ilə əlaqədar bir müddət vəzifəsini icra etmədiyi bildirilmişdi.(APA)

Short URL: http://www.cumhuriyyet.net/?p=77738

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31