Vətəndaşlar korrupsiyadan danışmağa qorxurlar

04.10.2016 - 13:06

9802c9c2-fb33-4a60-b242-a9993306db65_w610_r1_sÖlkədə korrupsiyaya qarşı mübarizə çərçivəsində 171 cinayət işi açılması olduqca az rəqəmdir.

Bu sözləri ekspert Nəriman Ağayev “Exo” qəzetinə açıqlamasında deyib.

Ekspertin sözlərinə görə, ölkə vətəndaşları rüşvət faktları barədə susmağa üstünlük verirlər:

“Ölkədə korrupsiyaya qarşı mübarizə çərçivəsində 171 cinayət işi açılması olduqca az rəqəmdir. İndiyə kimi ölkə vətəndaşları rüşvət faktları barədə susmağa üstünlük verirlər. İndiki böhran şəraitində normal iş tapmaq və orada davam gətirmək asan iş deyil”.

Onun deməsinə görə, daimi gəlir naminə vətəndaşlar hətta iş yerlərində haqq verməyə də razı olurlar.

Üstəlik, ekspert vurğulayır ki, qaldırılan cinayət işi, hələ, günahkarın cəzalanacağı anlamına gəlmir. Çoxları müəyyən məbləğ ödəməklə cəzadan canlarını qurtarırlar.

Ekspert Vasif Mövsümov da maraqlı məqama toxunur: “Bu gün hökumətin korrupsiya ilə mübarizəyə nə qədər pul xərclədiyini heç kəs deyə bilməz. Amma beynəlxalq tədqiqatlara əsasən demək olar ki, bu məsələyə sərf edilən hər dollar dövlət büdcəsinə 23 dollar gəlir gətirir”.

Onun düşüncəsinə görə, əgər ölkə antikorrupsiya kursu götürsə, büdcəni xalqa qaytarılan vəsaitlərlə doldurmaq olar.

V.Mövsümov deyir ki, vətəndaşların real olaraq təhlükəsizliyi təmin edilərsə, dövlət onları stimullaşdırarsa, bir çox korrupsiya hallarını üzə çıxarmaq olar.

Short URL: http://www.cumhuriyyet.net/?p=77746

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31