Sərdar Cəlaloğlu Nobel alır?

04.10.2016 - 14:09

1475574988Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlunun müəllifi olduğu “Kosmik hadisələr haqqında nəzəriyyə” Nobel Sülh Mükafatına layiq görülə bilər.

Teleqraf.com-un əldə etdiyi məlumata görə, Sərdar Cəlaloğlunun müəllifi olduğu nəzəriyyə artıq gizli səsverməyə buraxılıb.

Xəbəri Beynəlxalq Nobel İnformasiya Mərkəzinin vitse-prezidenti, elmlər doktoru Bəybala Ələsgərov da təsdiq edib.

Vitse-prezident bildirib ki, Sərdar Məmmədovun (Cəlaloğlu) nəzəriyyəsi ekspert qrupunun qiymətləndirməsindən keçib və gizli səsverməyə buraxılıb: “Gizli səsvermə nəticəsində hansı elmi işin qalib gələcəyi bəlli olacaq. Eyni sahə üzrə mükafat dünya üzrə üç şəxsə verilə bilər”.

“Bu il Azərbaycandan kimsə Nobel Mükafatına layiq görülə bilərmi”, – sualına gəldikdə, Beynəlxalq Nobel İnformasiya Mərkəzinin vitse-prezidenti deyib ki, əgər işlər ekspert qrupundan keçibsə, deməli, şans var:

“İndilikdə son qərar gizli səsvermədən sonra bəlli olacaq. Biz deyə bilmərik ki, gizli səsvermədən kim çıxacaq”.

Böyük ehtimalla, bu gün Nobel Komitəsinin gizli səsverməsinin nəticəsində fizika elmi üzrə Nobel mükafatı alan şəxslərin adı açıqlanacaq. Məlumata görə, bu sahə üzrə kimin qalib olacağı axşam saatlarında bəlli olacaq.

Short URL: http://www.cumhuriyyet.net/?p=77754

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31