Bakıda deputatın “qohumuna” hökm oxundu

05.10.2016 - 11:01

1quBu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Nigar Rafiq qızı Əhmədovanın məhkəmə prosesi başa çatıb.

“Report”un məlumatına görə, hakim Ramella Allahverdiyevanın sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Məhkəmənin hökmü ilə N.Əhmədova 8 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, N.Əhmədova Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə ittiham olunur. O, Rüfət Əliyev adlı şəxsə deputatın qardaşı qızı olduğunu bildirərək, onu “Kapital Bank”a filial müdiri vəzifəsinə düzəldəcəyini deyib. N.Əhmədova bunun müqabilində həmin şəxsdən 32 500 ABŞ dollar pulunu alıb.

Xatırladaq ki, N.Əhmədova 2009-cu ildə məhkumluq həyatı yaşayıb.

Short URL: http://www.cumhuriyyet.net/?p=77854

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31