Bakıda universitet müəllimi auditoriyada yıxılıb öldü – FOTO

05.10.2016 - 12:38

bcc03e4b8815a057f76a0a9877809d85Bakıda fəaliyyət göstərən özəl ali təhsil müəssisələrindən birində ölüm hadisəsi baş verib.

Azərbaycan Universitetində riyaziyyat fənnindən dərs deyən fəlsəfə doktoru, 1963-cü il təvəllüdlü Teymurov Rafiq Ağacan oğlu dərs zamanı qəfil yıxılıb. Təcili tibbi yardım çağırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

Bildirilir ki, R.Teymurov daha əvvəl bir dəfə infarkt keçiribmiş. Yaxınlarının bildirdiyinə görə, onun səhhətində son günlər ciddi problem olmayıb və oktyabrın 2-də toy məclisində iştirak edib.

Vəfat edən müəllim həm də sabiq təhsil naziri Misir Mərdanovun rəhbərlik etdiyi Riyaziyyat və Mexanika İnstitutunun “Optimal idarəetmə” şöbəsində aparıcı elmi işçi vəzifəsində çalışıb.(Lent.az)

Allah rəhmət eləsin!

34403f03d4fe5d1b64e22dc547b05ac6

Short URL: http://www.cumhuriyyet.net/?p=77877

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31