Bakıda şəhid xatirəsinə hörmətsizlik
Bakının Səbayıl rayonunun Badamdar qəsəbəsində şəhidlərin xatirəsinə ucaldılan abidənin ərazisində fəaliyyət göstərən kafe yerli sakinlərin narazılığına səbəb olub.
Sakinlər bu barədə Kanal24-ə müraciət ediblər.
Sakinlərin müraciətlərində bildirib ki, kafenin içkili müştəriləri hərdən gecələr abidə önündə qeyri-etik ifadələr işlədirlər. O da qeyd olunub ki, bir neçə il bundan öncə həmin kafedə müştərilər arasında mübahisə düşüb və Natiq adlı şəxs kafedə öldürülüb.
Kanal adiyyəti orqanların şəhidlərimizin ruhuna hörmətlə yanaşaraq məsələni araşdıracağına və həmin kafenin yerinin abadlaşırılaraq gül-çiçəkli məkana çevriləcəyinə ümid etdiyini bildirib.
Short URL: http://www.cumhuriyyet.net/?p=77887