General məclisdə huşunu itirib? – Açıqlama
Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları təşkilatından general Dadaş Rzayevin səhhəti ilə bağlı açıqlama verilib.
Qurumdan musavat.com-a verilən məlumatda bildirilib ki, bu məlumatlar həqiqəti əks etdirmir, təşkilatın sədri hazırda Mərkəzi Hərbi Klinik Hospitalda müalicə almasının səbəbi hər il olduğu kimi cari ildə də profilaktik məqsəd daşıyır.
Təşkilat KİV nümayəndələrini dəqiqləşdirilməmiş informasiyaları tirajlamaqdan uzaq olmağa çağırıb: “Bunun hansısa ziyafət məclisi ilə heç bir əlaqəsinin olmadığını və hazırda general-mayor Dadaş Rzayevin səhətinin normal olduğunu bildiririk”.
Short URL: http://www.cumhuriyyet.net/?p=77891