Lahıcı həşəratlar bürüyüb – Şok video

05.10.2016 - 15:19

 

14569872_900808706718013_1146288601_nArtıq 3 gündür ki, hər axşam Lahıc qəsəbəsini mənşəyi bilinməyən həşəratlar basır.

“Qafqazinfo” xəbər verir ki, bu barədə qəsəbə sakinləri sosial şəbəkədə foto və videolar paylaşıb. Onların sözlərinə görə, hazırda bütün qəsəbə və ətraf kəndlər bu vəziyyətdədir:

“Adını da bilmədiyimiz bu həşəratlar axşam 5 radələrində uçuşmağa başlayır, səhərlər isə gözə dəymirlər. Fotolara baxan şəxslər çox təhlükəli olduğunu deyir. Bələdiyyəyə müraciət etmişik. Sədr deyir ki, 63 yaşım var, ancaq mən belə bir şey görməmişəm. Aidiyyatı orqanlar isə “bizlik deyil” deyir. Bizim də əlimizdən bir iş gəlmir, vəziyyət gün keçdicə daha da qəlizləşir”.

Qəsəbə sakinləri onu da qeyd edib ki, həşəratlara qarşı müxtəlif dərman vasitələrindən istifadə edilsə də, bir nəticəsi olmayıb.

“Qafqazinfo”nun əməkdaşı məsələylə bağlı Dövlət Fitosanitar Nəzarəti Xidmətinin mətbuat katibi Rövşən Ziya ilə əlaqə saxlayıb. Katib bildirib ki, Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Fitosanitar Nəzarəti Xidmətinin Respublika Bitki Mühafizə Mərkəzi artıq bu barədə məlumat əldə edib və hazırda araşdırma aparılır. Araşdırmaların nəticələri ilə bağlı sabah gün ərzində mətbuata açıqlama veriləcək.

Lahıcı həşəratlar bürüyüb  -  Şok video

Lahıcı həşəratlar bürüyüb  -  Şok video

Short URL: http://www.cumhuriyyet.net/?p=77911

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31