Talassemiyanın daha çox yayıldığı yerlər – Şəki, Ağdam, Mingəçevir…

05.10.2016 - 18:02

blood_laboratory_051016Hər il 200-ə yaxın uşaq talassemiya xəstəliyi ilə doğulur.

Bunu Respublika Perinatal Mərkəzi və Respublika Müalicə Diaqnostika Mərkəzinin (RMDM) təşkilatçılığı ilə “Azərbaycanda irsi qan xəstəliklərinin diaqnostikası, müalicəsi və profilaktikasına” həsr olunan konfransda çıxış edən RPM-nin direktoru, respublikanın baş mama-ginekoloqu Sevinc Məmmədova bildirib.

Onun sözlərinə görə, 2015-ci ildə ilk dəfə olaraq talassemiya xəstəsi kimi qeydə alınanların sayı 213 nəfər olub. Onlardan 155 nəfəri 17 yaşa kimi olan gənclərdir. Azərbaycanda 2015-ci ildə rəsmi qeydiyyata alınan talassemiyalı xəstələrin ümumi sayı 2593 nəfər olub ki, onlardan da 1691 nəfəri 17 yaşa qədər olan gənclərdir. Xəstəlik Azərbaycanda daha çox Şəki, Ağdam, Mingəçevirdə qeydə alınır.

Short URL: http://www.cumhuriyyet.net/?p=77953

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31