Metroda gedişhaqqı artacaqmı? – Rəsmi açıqlama

06.10.2016 - 15:18

260888Mətbuatda yenidən metroda gedişhaqqı qiymətinin artacağı ilə məlumat yayılır.

Azadlıq radiosunun hesablamasında deyilir ki, gəlir və xərc nəzərə alınmaqla, bir sərnişinin daşınması metropolitenə 82,4 qəpiyə başa gəlir.

Açıqlanan xərclər nə dərəcədə doğrudur? Metroda gedişhaqqı artırılacaqmı? Bu sualları cavablandıran “Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev Qaynarinfo.Az-a bildirdi ki, açıqlanan rəqəmlər cəfəngiyatdır:

“Bakı Metropoliteni olaraq, biz Tarif Şurasına qiymətin artırılması ilə bağlı müraciət etməmişik. Tarif Şurasına müraciət edilməmiş qiymətlər artırıla bilməz. O ki, qaldı bir sərnişin daşınması üçün xərcin 82,4 qəpik olmasına, bu rəqəm cəfəngiyatdır. Hesablama palatası hər ilin sonunda bununla bağlı rəsmi rəqəmləri açıqlayır. Palata 2015-ci ildə bir sərnişinin daşınmasına çəkilən xərci 54 qəpik göstərmişdi. Cari ilin sonunda bu il bir sərnişin daşınmasına çəkilən xərc açıqlanacaq”.

Short URL: http://www.cumhuriyyet.net/?p=78047

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31