Xanım deputat Xoşqədəm və Zauru biabır etdi

06.10.2016 - 15:40

1475753829Telejurnalist Xoşqədəm Hidayətqızının İmişlidə atanın qızını zəncirləyərək illərlə tövlədə saxlaması ilə bağlı hazırladığı sujet geniş müzakirələrə yol açıb. Mətbuat və sosial şəbəkələrdə jurnalisti buna görə dəstəkləyənlər, həmçinin tənqid edənlər də var.

Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri, deputat Aqiyyə Naxçıvanlı sözügedən olayla bağlı Azvision.az-a fikirlərini bölüşüb. Deputat bildirib ki, Xoşqədəm Hidayətıqızı İmişlidəki hadisə üzərində şou yaradıb, insanların hisləri ilə oynayır.

Millət vəkili jurnalistin təqdim etdiyi verilişi də tənqid edib: “Hansısa rayonda, kənddə anormal hadisə baş verirsə, bunu dünyaya car çəkmək doğru deyil. Bu kimə lazımdır?! Bütün dünyada belə hadisələr olur. Mətbuat, televiziyalar yaxşını qoyub, harada sensasiya sayılan hadisə varsa, onu işıqlandırmağa can atır”.

A.Naxçıvanlı vurğulayıb ki, Xoşqədəm Hidayətqızı və aparıcı Zaur Baxşəliyev insanların hissləri üzərində şou yaradır, özlərinə reytinq qazanırlar: “Onların verilişləri reytinq üzərinə qurulub. Belə verilişlərin kimə nə faydası var? Elə proqramlar hazırlamaq lazımdır ki, adət-ənənələrimiz, mədəniyyətimiz təbliğ olunsun. “O onu döydü”, “tövlədə saxladı, zəncirlədi”, “başını kəsdi” və bu kimi hadisələr bizə lazım deyil”.

Short URL: http://www.cumhuriyyet.net/?p=78053

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31