Şəhid hərbçimiz dəfn olundu – Foto

06.10.2016 - 15:46

dbfe1eeb0b8c0d7cdcb41b47ce7c33f4Ötən gün Ermənistanın cəbhədə atəşkəsi pozması nəticəsində şəhid olan əsgər Məmmədov Sahil Sabir oğlu bu gün dəfn edilib.

APA-nın xəbərinə görə, şəhid S. Məmmədov anadan olduğu Bərdə rayonunda torpağa tapşırılıb.

Şəhidlə vida mərasimi doğulduğu Bərdə rayonu Soğanverdilər kəndində təşkil olunub.

Mərasimə Müdafiə Nazirliyinin zabitləri, şəhidin döyüş yoldaşları, Bərdə rayon İcra Hakimiyyətinin rəsmiləri və rayon ictimaiyyətinin nümayəndələri iştirak edib.

Yaylım atəşindən sonra şəhid əsgər kənd qəbiristanlığında torpağa tapşırılıb.

Qeyd edək ki, Azərbaycan Müdafiə Nazirliyi bu gün  Ermənistanın yenidən cəbhə xəttində vəziyyəti gərginləşdirmək üçün təxribat əməllərinə başladığı haqda məlumat yayıb.

Məlumata görə, oktyabrın 5-də axşam saatlarında qoşunların qarşıdurma xəttində Ermənistan silahlı qüvvələrinin bölmələri tərəfindən mövqelərimizin atəşə tutulması nəticəsində Silahlı Qüvvələrimizin hərbi qulluqçusu əsgər Məmmədov Sahil Sabir oğlu şəhid olub.

Nazirlik bildirib ki, qoşunların qarşıdurma xəttində baş verən növbəti qanlı təxribata görə məsuliyyət bütünlüklə Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür.

Short URL: http://www.cumhuriyyet.net/?p=78055

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31