Kriminal avtoritetə 20 il iş verildi – Bakıda

06.10.2016 - 15:55

a21e2f1d-ce98-4109-9b15-ab9c0e9feee5_675Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Rusiyada qətldə təqsirləndirən Elmir Məmmədovun cəzasının Azərbaycan qanunvericiliyinə əsasən tənzimlənməsi barədə iddia üzrə məhkəmə prosesi keçirilib.

Hakim Zeynal Ağayevin sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, E.Məmmədovun cəzası Azərbaycan qanunvericiliynə uyğunlaşdırılıb, ona 20 il həbs cəzası verilib.

Qeyd edək ki, E.Məmmədov Rusiya Federasiyasının Cinayət Məcəlləsi ilə qəsdən adam öldürmə, qanunsuz silah gəzdirmə maddəsi ilə ittiham olunub.

O, Rusiyada 21 il müddətinə azadlıqdan məhrum edilib. E.Məmmədov daha sonra Azərbaycana təhvil verilib.

Xatırladaq ki, E.Məmmədov kriminal aləmdə “Tsıqan” (Qaraçı) ləqəbi ilə tanınır.(Report.az)

Short URL: http://www.cumhuriyyet.net/?p=78057

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31