Qarabağ əlili özünü yandırdı – VİDEO

07.10.2016 - 10:06

a00ef19d-fc4e-46ae-a70a-6fb947651f29_cx24_cy20_cw65_w610_r1Oktyabrın 6-da Sumqayıt sakini II qrup əlil Cəmil Məmmədov polis idarəsinin qarşısında özünü yandırıb.

Anası Səlimə Məmmədova deyir ki, oğlunun maşınını cərimə meydançasına aparılıb. Bundan sonra cərimələrinin silinməsi üçün ondan yüksək məbləğdə rüşvət istənilib:

“Pul istəyiblər. Oğlum verə bilməyəcəyini deyəndən sonra təhqir ediblər. Özünü yandıranda heç kim köməyə gəlməyib”.

Yaralı 5 saylı şəhər xəstəxanasının yanıq şöbəsində müalicə alır. Həkimlər onun barəsində danışmaq istəmədilər.

Cəmil Məmmədov 2014-cü ildə – hərbi xidməti bitirməsinə 1 həftə qalmış Ermənistanla Azərbaycanın təmas xəttində gedən döyüşlər zamanı sağ ayağını itirib. Ordudan tərxis edildikdən sonra dövlət tərəfindən ona avtomobil verilib. Anasının dediyinə görə onun başında da zədələnmə var..

Bu hadisə və yaralının anasının ittihamları ilə bağlı hələlik Daxili İşlər Nazirliyindən münasibət almaq mümkün olmayıb.

Sentyabrın 22-də də 1-ci qrup Qarabağ əlili Məğrur Bədəlsoy da özünü Prezident Administrasiyası qarşısında yandırmışdı. O, evinin sökülməsinə etiraz olaraq özünü intihara cəhd etdiyini bildirirdi.

Short URL: http://www.cumhuriyyet.net/?p=78094

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31