Abbas Hüseynovun daha iki qardaşı saxlanıb

07.10.2016 - 10:26

abbas-huseyn-nardaran«Nardaran hadisələrində təqsirləndirilən Abbas Hüseynovun daha iki qardaşı saxlanılıb».

Bunu Azadlıq Radiosuna A.Hüseynovun vəkili Fariz Namazov bildirib.

Vəkilin deməsinə görə, A.Hüseynovun qardaşları Elçin və Malik Hüseynovlar oktyabrın 6-sı axşam saatlarında saxlanılıblar: «Yaxınlarının mənə dediklərinə görə, hər iki qardaş əvvəlcə Yasamal rayonundakı 29 Saylı Polis Bölməsinə gətiriliblər. Oradan isə Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə (BMCMİ) aparılıblar».

Oktyabrın 5-i axşam saatlarında isə «Müsəlman Birliyi Hərəkatı»nın sədr müavini Abbas Hüseynovun qardaşlarından Hüseynağa Hüseynovun saxlandığı bildirilirdi.

Ancaq A.Hüseynovun 3 qardaşının saxlanması ilə bağlı deyilənlərə, hələlik, Daxili İşlər Nazirliyindən münasibət almaq mümkün olmayıb.

Abbas Hüseynov məhkəmədə kəskin mövqeyi ilə seçilir. Hətta, bir dəfə hakim onu məhkəmə salonundan çıxardıb. Bəzilər ehtimal edirlər ki, qardaşlarını məhz Abbas Hüseynovu susdurmaq məqsədilə saxlayıblar.

2015-ci il noyabrın 26-da güc orqanları Bakının Nardaran qəsəbəsində xüsusi əməliyyat keçiriblər. Əməliyyat zamanı ikisi polis olmaqla, 6 nəfər həlak olub.

Həmin gün «Müsəlman Birliyi Hərəkatı»nın sədri Taleh Bağırov və onun bir qrup tərəfdarı, o cümlədən müavini A.Hüseynov həbs edilib.

Sonradan güc strukturları ümumilikdə 70 nəfərin həbs edildiyini bildirib. Onlardan daha yüngül maddələrlə ittiham edilənlərdən bir çoxunun məhkəməsi başa çatıb. Bəzilərinə 1 il 6 aydan 6 il 6 aya qədər həbs cəzası verilib.

Taleh Bağırov, Abbas Hüseynov və daha 16 nəfərin məhkəməsi ayrılıqda davam edir. Taleh Bağırov və onunla saxlananlar qətldə, daha bir çox ağır cinayətlərdə ittiham edilir. Təqsirləndirilən bu ittihamları rədd edirlər, onlardan ifadələrin işgəncə altında alındığını bildirirlər. Ancaq məhkəmədə ifadə verən hüquq-mühafizə əməkdaşları işgəncələrlə bağlı şikayətləri təkzib edirlər.

Short URL: http://www.cumhuriyyet.net/?p=78104

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31