Özünü yandıran şəxslə bağlı sensasion xəbər — 43 min cəriməsi var

07.10.2016 - 12:41

1475819223_a00ef19d-fc4e-46ae-a70a-6fb947651f29_cx24_cy20_cw65_w610_r1Ötən gün özünü Sumqayıtda yandıran, Qarabağ müharibəsi iştirakçısı olduğu deyilən Cəmil Məmmədovla bağlı “Qafqazinfo”ya sensasion məlumat daxil olub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəis müavini Ehsan Zahidov “Qafqazinfo”ya həmin şəxsin törətdiyi əməllərlə bağlı açıqlama verib. O bildirib ki, C. Məmmədovun Qarabağ müharibəsi iştirakçısı olması ilə bağlı iddialar həqiqətə uyğun deyil:

“Cəmil Məmmədov 1994-cü il təvəllüdlüdür. Perekəşkül qəsəbəsinin sakinidir. Həmin şəxs idarə etdiyi “NazLifan” markalı maşınla rəsmən avtoxuliqanlıqla məşğuldur. Bu günə qədər avtomobili bütün qanunları pozaraq idarə edib. Cəmil Məmmədovun hazırda qanun pozuntularına görə tərtib olunmuş protokollar üzrə 43 min manat cəriməsi var. Onun barəsində 463 elektron protokol tərtib olunub. Hətta qəzalar nəticəsində ayağının biri amputasiya olunub. İdarə etdiyi avtomobildə isə görüntüləri məhdudlaşdırıb”.

DİN rəsmisi qeyd edib ki, C. Məmmədov yol polisi tərəfindən oktyabrın 4-də saxlanılıb və avtomobili duracağa aparılıb: “Hadisəni isə iki gün sonra törədib. Mətbuatın qanunlara hörmət etməyən, polis əməkdaşlarını daim şantaj edən birini Qarabağ müharibəsinin iştirakçısı kimi təqdim etməsi isə rüsvayçılıqdır. Bu məsələ ilə bağlı lazımi tədbirlər görüləcək”.

Short URL: http://www.cumhuriyyet.net/?p=78140

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31