Rəmiş nazirdən xahiş etdi: “100 manatla dolanmaq olmur…”

07.10.2016 - 15:25

76994_5t4wv8t1txƏvvəllər gündə 3-4 toya gedirdim. İndi isə insanların zövqlərini dəyişib.

Cumhuriyyet.net  xəbər verir ki, bunu məşhur gitara ifaçısı, xalq artisti Rafiq Hüseynov (Rəmiş) Modern.az-a müsahibəsində deyib.

Onun sözlərinə görə, toylara çağırılmadığından maddi vəziyyəti pisləşib:

“Axır zamanlar Azərbaycan telekanallarını “Kubinka”ya döndəriblər. Gərək harasa pul verib, efirə çıxasan. Buna görə də telekanallara və toylara getməyi çox xoşlamıram. Toylarda indi diskotekalar olur. İşıqları söndürürlər və bir də görürsən hansısa qadın yarıçılpaq formada səhnəyə çıxır. Buna görə də toylara nifrət edirəm və getmirəm. Bəzən pulsuz qalıram. Xalq artisti kimi ayda 100 manat alıram onunla qane olmağa çalışıram. Çətinliklər çox olur. Mədəniyyət və Turizm naziri Əbülfəs Qarayevdən xahiş edərdim ki, bu məsələni diqqətdə saxlasın, mənə də Prezident təqaüdü ayrılması üzün təqdimat versin.  Kimlərəsə lazımsız yerə təqaüdlər verilir. Ayda 100 manatla dolanmaq olmur. Mənim yaşım da çoxdur artıq, 70-i keçib. Toylara da gedə bilmirəm. Bəs necə dolanmalıyam? Nazirdən xahiş edirəm ki, bu problemlə maraqlansın”.

Short URL: http://www.cumhuriyyet.net/?p=78175

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31