ANS-in Ləmanına vəzifə verildi

08.10.2016 - 11:14
261025ANS telekanalının keçmiş əməkdaşı Ləman Ələşrəfqızı yeni işə başlayıb. Qaynarinfo.Az musavat.com-a istinadən xəbər verir ki, tanınmış jurnalist “Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin mətbuat katibi təyin edilib.
Ləman Ələşrəfqızı ANS telekanalını televiziyanın fəaliyyəti dayandırılmazdan təxminən bir ay əvvəl – bu il iyunun 16-da qalmaqalla tərk edib. O, ANS-in vitse-prezidenti Seyfulla Mustafayevlə dalaşmışdı.
Azərbaycan prezidenti İlham Əliyev bu il mayın 5-də “Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin yaradılması haqqında Sərəncam imzalayıb. “Azərxalça” ASC Azərbaycan Respublikasında xalça və xalça məmulatlarının istehsalını, ixracını, onların ölkə daxilində və xaricdə satışının təşkilini, xalça və xalça məmulatlarının istehsalında yeni texnologiyaların tətbiqini, maddi-texniki bazanın müasirləşdirilməsini və ondan səmərəli istifadəni, habelə bu sahənin inkişafı ilə bağlı digər işləri yerinə yetirir.
Səhmləri dövlətə məxsus olan ASC-nin İdarə Heyətinin sədri Vidadi Muradovdur.

Short URL: http://www.cumhuriyyet.net/?p=78222

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31