Əkrəm Əylislinin istintaqından xəbər yoxdur – Yazıçı susur

10.10.2016 - 10:01

get_imgHeç bir istintaq hərəkətləri aparılmır; yazıçının işi xətm edilə bilər; vəkili: “Yəqin ki, noyabradək bu məsələ yekunlaşacaq”

Bu ilin martında barəsində xuliqanlıq maddəsi ilə cinayət işi açılan yazıçı Əkrəm Əylislinin istintaqından xəbər yoxdur. Dövlət Sərhəd Xidmətinin əməkdaşına qarşı zorakılıq törətməkdə ittiham olunan yazıçının istintaqı noyabra qədər uzadılıb.
Artıq bu müddət də başa çatmaq üzrədir. Ə.Əylislinin istintaq müddətinin uzadılıb-uzadılmayacağı, cinayət işinə xitam verilib-verilməyəcəyi müəmmalıdır.
 
Yazıçı “Yeni Müsavat”a açıqlamasında istintaqın gedişi ilə bağlı məlumatsız olduğunu söylədi: “Bu barədə heç bir şey demək istəmirəm. Çünki məlumatsızam. Gərək yeni nəsə olsun ki, mən də onu sizə deyim. Bunlar olmadığı üçün sizlərə nə deyim? Əgər işin gedişatı ilə maraqlanmaq istəyirsinizsə, o zaman vəkildən bu barədə soruşa bilərsiniz. İşə xitam verilib-verilmədiyini də bilmirəm. Ən doğru məlumatı vəkil bilər. Mənimlə bu barədə heç bir söhbət olmayıb”.
Ə.Əylisinin vəkili Elçin Sadıqov heç bir istintaq hərəkətlərinin aparılmadığını qeyd etdi: “Cinayət işi Bakı Şəhər Baş Prokurorluğuna gətiriləndə orada yalnız müstəntiqin şəxsiyyəti bizə elan olunub. Gözlənilir ki, yaxın vaxtlarda bəzi istintaq hərəkətləri aparılsın. Cinayət işinin istintaqı noyabra qədər uzadılıb. Hesab edirik ki, həmin vaxta qədər ya cinayət işinə xitam verilər, ya da iş məhkəməyə göndərilər. Əkrəm Əylislinin heç bir günahı yoxdur. O, Dövlət Sərhəd Xidmətinin əməkdaşını vurmayıb. Başdan-ayağa qurama bir cinayət işidir. İşə bəraətverici əsaslarla xitam verilsə, daha yaxşı olardı. Əks halda bir yazıçını yazdığı əsərə görə etmədiyi bir cinayət işində ittiham edib, təqsirli bilmək ölkənin nüfuzuna da xələl gətirir. Əkrəm Əylisli barəsində həbs qətimkan tədbiri yoxdur. Başqa yerə getməmək barədə iltizam tədbiri seçilib. Çox güman ki, aparılmalı olan əlavə istintaq hərəkətləri də yoxdur. Yəqin ki, yaxın vaxtlarda bu məsələləri yekunlaşdırarlar. Bu işlər yekunlaşandan sonra onun ölkədən çıxışına qoyulan qadağalarla bağlı aidiyyəti instansiyalara müraciətlər edəcəyik”.

Short URL: http://www.cumhuriyyet.net/?p=78332

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31